![]() |
|
Milad bayramı ərəfəsində Ağ Ev də tənha oturub, Meksika sərhədində sədd inşası ilə bağlı demokratların maliyyə danışıqları aparmasını gözləyirəm.
Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter mikrobloqunda yazıb.
“Demokratların bu mövzuda razılığa gəlməməsi, istəksizliyi bizə divar inşasından daha baha başa gələcək”, - deyə Ağ Ev rəhbəri qeyd edib.
Xatırladaq ki, Tramp demokratların sədd inşasına müsbət cavab verməyəcəyi təqdirdə hökumətin fəaliyyətini dayandıracağı ilə hədələmişdi.