Türkiyə Qarabağ prosesində heç nə edə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun Ermənistanın təcrid vəziyyətindən çıxması üçün Qarabağ münaqişəsinin həlli istiqamətində addımlar atmasının gərəkdiyi barədə bəyanatına münasibət bildirərkən deyib.

Şarmazanovun sözlərinə görə, Türkiyə XİN Ermənistan-Türkiyə münasibətlərini birbaşa olaraq Qarabağ münaqişəsinin həllinə bağlamaqla təhlükəli bəyanatla çıxış edib.

“İlk olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi və Ermənistan-Türkiyə münasibətləri – iki fərqli prosesdir və onların bir-biri ilə əlaqələndirilməsi yolverilməzdir. İkincisi, Ermənistanın yeni hakimiyyəti Çavuşoğlunun bu bəyanatlarına kəskin reaksiya verməlidir. Üçüncüsü, Türkiyənin Qarabağ prosesində edə biləcəyi heç nə yoxdur. Bunun üçün ATƏT-in həmsədrləri var. Dördüncüsü – Qarabağın müstəqilliyinin beynəlxalq səviyyədə tanınması zaman məsələsidir. Beşincisi – Türkiyənin ön şərt irəli sürməsi qınanmalıdır. Bəs siz deyə bilərsiniz niyə bizim rəhbərlik susur?” - Şarmazanov bildirib.

Qeyd edək ki, Paşinyan Türkiyə ilə əlaqələrin yaradılması üçün heç bir ilkin şərt irəli sürülmədən danışıqlara hazır olduğunu bəyan edib. Ötən gün isə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Ermənistanın işğal etdiyi ərazilərdən hərbçilərinin çıxarılmasının danışıqların başlaması üçün şərt olduğunu açıqlayıb.

Türkiyə Ermənistanla bütün diplomatik-siyasi və ticari münasibətləri 1993-cü ildə dayandırıb və sərhədi bağlayıb. Buna səbəb isə Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal etməsidir.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti