![]() |
|
ABŞ-ın İraqdakı səfirliyi Prezident Donald Trampın səfərindən sonra raket atəşinə məruz qalıb.
Axar.az xəbər verir ki, bu barədə məlumatı İraq mətbuatı yayıb. Məlumata görə, səfirlik ərazisinə iki raket atılıb. Raketi kimlərin atdığı və xəsarət alanlar barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Tramp dünən İraqa səfər edib. O, İraqa amerikalı hərbçilərlə Milad bayramını qeyd etmək üçün gedib.