![]() |
|
Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Adil Cübeyr Rusiyanın təsiri ilə vəzifəsindən azad edilib.
Axar.az xəbər verir ki, bu iddia ilə “Vaşinqton Eksaminer” qəzeti çıxış edib.
“Moskva çalışır ki, ABŞ-ın yerinə Səudiyyə Ərəbistanının müttəfiqi olsun. Ruslar istəyirlər ki, səudiyyəlilər Rusiya iqtisadiyyatına yatırım etsinlər, Moskva isə bunun əvəzində Ər-Riyadın fəaliyyətinə göz yumsun. Kreml bu istiqamətdə müəyyən uğurlar qazanıb. Məhəmməd bin Salman ABŞ-ın yaxın müttəfiqi olsa da, Moskva hər şeyə rəğmən özünü Vaşinqtonun yerinə Ər-Riyada daha etibarlı tərəfdaş kimi göstərməyə çalışır”, – deyə qəzet bildirib.
Qeyd edək ki, Cübeyr Qərblə əlaqələrin əsas tərəfdarlarından biri sayılır.