![]() |
|
Türkiyə və Rusiya prezidentləri 2019-cu ilin ilk yarısında görüşə bilərlər.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, dekabrın 29-da Moskvaya gələn Türkiyə nümayəndə heyəti ilə Putinin görüşünün nəzərdə tutulmadığını bildirib.
Peskovun sözlərinə görə, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akarla görüşə Rusiya tərəfindən prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov qoşulacaq.
Qeyd edək ki, Prezident Ərdoğanın sözçüsü İbrahim Qalın, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidandan ibarət nümayəndə heyəti sabah Rusiyaya səfər edəcək.