![]() |
|
ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə müşaviri Con Bolton yanvar ayında Türkiyə və İsrailə səfəri zamanı nəyi müzakirə edəcəyini açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə o öz Tvitter səhifəsində məlumat yayıb.
O, səfər zamanı əsas müzakirə mövzusunun İŞİD terror təşkilatıyla mübarizənin növbəti mərhələsi olacağını bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ öz ordusunu Suriyadan çıxarmaq haqqında qərar qəbul edib.