![]() |
|
Qarabağ separatçılarının rəhbəri Bako Saakyan yenidən İrəvana gəlib.
Axar.az xəbər verir ki, Saakyan İrəvanda Ermənistan baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanla görüşüb.
Görüşdə qondarma rejimlə İrəvan arasında qarşılıqlı fəaliyyəti əks etdirən məsələlər, özəlliklə 2019-cu il üçün nəzərdə tutulan sosial-iqtisadi sferadakı birgə strateji proqramlar müzakirə olunub.
Qeyd edək ki, bu, Saakyanın cari ay ərzində İrəvana ikinci səfəridir.