Nikol Paşinyan Ermənistanda cari ilin may ayında baş nazir təyin edildikdən sonra altı dəfə Rusiya Federasiyasına səfər edib. Onun az qala hər ay Rusiyanı ziyarət etməsi olduqca maraq doğurur.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Rusiya Federasiyası Prezidenti Vladimir Putin yəqin ki, nazirləri ilə 8 ayda 6 dəfə görüşməyib:

"Paşinyan baş nazir postuna təyin edildikdən sonrakı ilk günlərdə Rusiyanı narahat edən siyasi bəyanatlar verirdi. Bir neçə ay sonra Rusiya haqqında verilən bəyanatların kəskinliyi zəifləsə də, iki ölkə arasında ciddi problemlərin olması məlumdur. Ermənistan və Rusiya arasındakı münasibətlər sattalet-mərkəz arasindakı münasibətlərə bənzəyir. Rusiya Paşinyanın bəyanatlarından narahatdır, münasibətlərin Serj Sərkisyan dönəmindəki kimi problemsiz və itaətkar şəkildə davam etməsində maraqlıdır. Bunu Rusiyanın Cənubi Qafqazdakı siyasi və hərbi mövqeyi və təhlükəsizlik problemləri tələb edir".

Politoloqun sözlərinə görə, bölgə mətbuatında Paşinyanı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə müqayisə edir, ona bənzədirlər:

"Bu bənzətmə xüsusilə Paşinyanın Rusiyaya olan münasibəti konteksində əks etdirilir. Bu bənzətmə forma olaraq doğru olsa da, məzmun baxımından tamamilə fərqlidir. Saakaşvili Qərbin dəstəyi ilə işğal edilən gürcü torpaqlarının azad edilməsi üçün Rusiyaya qarşı mübarizə aparırdı. 2008-ci ilin avqust ayında Gürcüstan ərazi bütövlüyünü təmin etməyə cəhd etdi, amma uğursuzluqla üzləşdi və Rusiya ordusu demək olar ki, Tiflisə qədər irəlilədi. Paşinyanın və ölkəsi Ermənistanın isə Rusiyadan asılılığı və bağlılığı fərqlidir. Paşinyanın Rusiya ilə münasibətlərini korlaması ona Ermənistanın ərazi bütövlüyünün pozulması hesabına deyil, tam əksi, işğal altında saxladıqları Azərbaycan torpaqlarının azad olunmasına səbəb olar".

Politoloq vurğulayıb ki, Paşinyanın Rusiya səfərini dəyərləndirən aparıcı erməni mətbuatı bu səfərin uğursuzluqla nəticələndiyini ön plana çıxarır:

"Ermənistan ictimai rəyində də Rusiyaya qarşı çıxışlar artır. Xüsusilə, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının hərbi qulluqçusunun yaşlı bir erməni qadınını döyərək öldürməsi iddiasından sonra bu hərbi bazanın ölkədən çıxarılması tələbləri gündəmə gətirilir, mintinqlər təşkil edilir".

Politoloq bildirib ki, Paşinyan səfərində maraqlı bir nüans da, Vladimir Putinin sabiq prezident, indi həbsdə olan Robert Köçəryanı Yeni İl münasibətilə təbrik etməsidir:

"Rusiya bununla Paşinyan hökumətinə mesaj verməyə çalışsa da, görünən odur ki, hökumət ya bu mesajı anlamır, ya da ciddiyə almır.

Bütün hallarda yaxın gələcəkdə Ermənistan və Rusiya arasındakı münasibətlərin daha da gərginləşəcəyi ehtimalı yüksəkdir".

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti