Bu il dünya iqtisadiyyatında artım tempi bir qədər zəifləyəcək.

Bu sözləri Axar.az-a açıqlamasında keçmiş maliyyə naziri, professor Fikrət Yusifov deyib. İqtisadçının sözlərinə görə, Çin iqtisadiyyatının geriləməsi qlobal iqtisadi artım templərinə mənfi təsir göstərəcək:

“Çinin neftə olan tələbatının azalması və ABŞ-da neft hasilatının artması bütövlükdə dünya bazarlarında neft qiymətlərinin azalmasına gətirib çıxaracaq. OPEK və onunla tərəfdaşlıq edən ölkələrin ötən il dekabrın əvvəllərində hasilatın 1,2 milyon barrel azalmasına dair qərarına baxmayaraq, neft ucuzlaşacaq. Çünki ABŞ neft qiymətlərinin qalxmaması istiqamətində konkret addımlar atır. Belə ki, İrandan neft idxal edən 8 ölkəyə qadağa tətbiq edilmədi. Digər tərəfdən, OPEK dekabrın əvvəlində hasilatı azaldarkən İrana bununla bağlı heç bir tövsiyə vermədi. Bu o deməkdir ki, İran azı 6 ayda da neft hasilatını azaltmayacaq. Üstəlik, ABŞ praktiki olaraq hər gün neft hasilatını artırır. Bu fonda bütövlükdə bu il neftin 1 barrelinin qiyməti 50-52 dollar ətrafında dəyişəcək. Bu isə ilk növbədə iqtisadiyyatı neftdən asılı olan ölkələrə təsirsiz ötüşməyəcək”.

Professor bildirib ki, dünya iqtisadiyyatına təsir edəcək ikinci faktor Çinlə ABŞ arasında yaşanan böyük rüsum müharibəsidir:

“Bu qarşıdurmanın tənzimlənməsi istiqamətində müəyyən addımlar atılsa da, ortada konkret nəticə yoxdur. Dünya iqtisadiyyatının 40 faizə yaxını bu iki gücün üzərinə düşür. Buna görə də ABŞ-Çin qarşıdurması dünya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Bu qarşıdurma davam edərsə, ümumdünya iqtisadiyyatı 0,7-1 faizə qədər geriləyə bilər”.

Sabiq nazir Kerç böhranından dolayı Rusiyaya qarşı yeni sanksiya dalğasının qaçılmaz olacağını bildirib:

“Ötən ilin sonunda ABŞ Konqresi və Avropa Parlamenti Şimal axını-2 qaz layihəsini boykot etdi. Bu layihə ilə bir ildə 55 milyard kubmetr rus qazının satışı nəzərdə tutulurdu. Bu baxımdan layihənin dayandırılması Rusiya üçün böyük itkidir. Qərb Rusiya kompromisə gedənə qədər bu sanksiyaları davam etdirəcək. Ancaq Moskvanın kompromisə gedəcəyinə dair hər hansı bir işartı yoxdur. Demək, Rusiya-Qərb qarşıdurması bir qədər də gərginləşəcək. Ona görə də Rusiya iqtisadiyyatını yaxşı heç nə gözləmir. Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. Rusiya iqtisadiyyatının geriləməsi bu ölkə ilə əlaqələrimizə müəyyən formada təsir edəcək. Ancaq bu təsirlər hiss ediləcək dərəcədə böyük olmayacaq”.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti