Prezidentin Yeni il münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik, əslində, 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrə dair qısa hesabat idi.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat 2018-ci ilin bir sıra mühüm məsələlərdən dolayı əlamətdar olduğunu bildirib:

“2018-ci ili xarakterizə edən əsas cəhətlər onun sabit inkişaf ili kimi yadda qalması, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması, bir sıra problemlərin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli baxımından yeni münbit şərtlərin ortaya çıxmasıdır. 2015-2017-ci illərdə ölkəmizdə həyata keçirilən konstitusion və istitusional islahatlar sayəsində əldə edilən nailiyyətlər 2018-ci ilin inkişaf şərtlərini formalaşdırıb. Ötən ilin aprelində keçirilən prezident seçkiləri və onun nəticələri həyata keçirilən islahatlara xalqın dəstəyinin ifadəsi olmaqla yanaşı, həm də prezidentin siyasi kursunun davamının təminatçısıdır. Azərbaycan bu nailiyyətləri həm iqtisadi, həm də siyasi baxımdan heç də sadə olmayan beynəlxalq şərtlər daxilində əldə edib. 2018-ci ildə həyata keçirilən bir sıra beynəlxalq layihələr ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb. Belə ki, Cənub Qaz Dəhlizi layihəsi və onun mühüm seqmenti olan TANAP tikilib başa çatdırılıb, eyni zamanda, ölkəmizin xaricdə ən böyük investisiyası hesab edilən “Star” neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə ölkəmiz deyil, digər tərəfdaşlarımız üçün də mühüm hadisəyə çevrilib. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm alternativ kimi özünü təsdiq edib və Qərblə münasibətlərdə yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin iqtisadi müstəvidə daha da dərinləşməsi fonunda hər iki tərəfin gücü və nüfuzu daha da artıb”.

Millət vəkili bildirib ki, ötən il Azərbaycanın beynəlxalq nüfuzunun artması baxımından əhəmiyyətlidir:

“Beynəlxalq uğurlar sırasında ilk növbədə Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı Tərəfdaşlığın Prioritetləri sənədinin paraflanmasını qeyd etmək olar. Bu sənəd ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığının bir daha Avropa İttifaqına üzv olan ölkələr tərəfindən dəstəklənməsi və qəbul edilməsi ilə əlamətdardır. İkinci mühüm nailiyyət Xəzər dənizinin hüquqi statusu ilə bağlı hüquqi konvensiyanın imzalanması sayıla bilər ki, bu da Azərbaycanın xarici siyasətini uzun illərdir məşğul edən məsələlərdən biri idi. Konvensiyanın imzalanması Xəzər hövzəsində qarşılıqlı inteqrasiyanın təmin edilməsi və mövcud resursların koordinasiyalı və səmərəli istifadə edilməsi baxımından olduqca mühümdür. Bu konvensiya Xəzər hövzəsində yeni cəlbedici iqtisadi təmərküzləşmə yaradacaq ki, bu da turizm, mədəni və humanitar sahələrdə yeni inkişaf perspektivləri formalaşdıracaq. Ən əsas məsələ isə heç şübhəsiz ki, işğalçı ölkənin küncə sıxışdırılması, erməni təxribatına qarşı uğurlu hərbi əməliyyatların keçirilməsi oldu. Bu da 2019-cu ildə problemin həllinə yeni aktiv impulslar daxil etdi. Ona görə də ən müxtəlif aspektlərdən baxanda 2018 olduqca uğurlu il kimi yadda qaldı”.

Deputat Sumqayıt polimer kimya sənayesi müəssisəsinin işə düşməsinin 2018-ci ildə yaddaqalan əsas iqtisadi hadisələrdən biri olduğunu vurğulayıb:

“Bu zavod Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisinin xeyli dərəcədə artmasını təmin edib. Ölkəmizdə çoxlu sənaye məhəllələri və aqrar sənaye kompleksləri tikilib istifadəyə verilib. Üzümçülük, pambıqçılıq, baramaçılıq, şərabçılıq və tütünçülük sənayesinin inkişafı ilə bağlı olduqca böyük işlər görülüb. Görülən işlər 2019-cu ildə inkişafımız üçün yeni münbit əsaslar yaradıb. Bu da əslində yeni ildə əldə edəcəyimiz uğurlar üçün baza rolunu oynayacaq. Eyni zamanda, sosial sahədə də çox böyük işlər görülüb. Əhalinin aztəminatlı təbəqəsinin problemləri daim diqqət mərkəzində saxlanılıb, şəhid ailələrinə birdəfəlik müavinətlər verilib. Qaçqın və məcburi köçkün ailələrinə təkcə 2018-ci ildə 5800 mənzil verilib ki, bu da rekord göstərici hesab oluna bilər”.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti