Türkiyədə səfərdə olan Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri qardaş ölkənin Daxili İşlər naziri Süleyman Soylu ilə görüşüblər.

 

Axar.az xəbər verir ki, görüşdə S.Soylu Azərbaycanın və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu vurğulayaraq, qardaş ölkələrimizin müstəqilliyinə, azadlığına və iqtisadi inkişafına mane olmaq istəyən qüvvələrin öz məkrli niyyətlərini həyata keçirməyə can atdıqlarını bildirib. Vurğulayıb ki, buna görə də qardaş ölkələrimiz inkişaf etməli, öz güclərini artırmalıdırlar. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu vurğulayan nazir bütün sahələrdə səmərəli əməkdaşlığın gündən-günə inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Qardaş Azərbaycanın “Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və idmançıları ilə görüşdən məmnunluğunu ifadə edən nazir Süleyman Soylu onların qələbə əzmini yüksək qiymətləndirərək deyib: “Futbol təkcə ayaqla deyil, ürəklə oynanılır. Siz də futbolu ürəklə oynayırsınız. Buna görə də Allah sizdən razı olsun”.

Söhbət zamanı “Qarabağ qaziləri” amputant futbol federasiyasının prezidenti Rövşən Akifoğlu səfərin təşkilinə və görüşə görə qardaş Türkiyəyə minnətdarlığını bildirərək, səfər barədə məlumat verib.

“Qarabağ qaziləri” amputant futbol federasiyasının nümayəndələri və milli komandanın üzvləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün Ankarada dəfn olunduğu məqbərəni - Anıtqəbiri də ziyarət ediblər.

Xatırladaq ki, komandamız səfər çərçivəsində Türkiyənin veteranlardan ibarət “Türk Silahlı Qüvvələri” amputant futbol komandası ilə yoldaşlıq görüşü keçirib. Oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.

Oyundan əvvəl Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu hər iki komandanın futbolçuları ilə görüşüb.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti