Yola saldığımız 2018-ci ildə Azərbaycanda bütün sahələrdə, ən əsası da iqtisadiyyatımızda böyük uğurlar əldə edilib. Şübhəsiz, hər hansı bir yerdə inkişafdan, uğurdan danışmaq o zaman mümkündür ki, orada dövlətçiliyin qorunması ənənəsi yaranmış olsun. Müasir Azərbaycan tarixində dövlətçiliyin qorunması ənənəsinin yaranması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Şübhəsiz, dövlət müstəqilliyi və siyasi azadlıq iqtisadiyyatın inkişafı üçün geniş imkanlar yaratdığı kimi, milli iqtisadiyyatın güclənməsi də dövlət müstəqilliyinin dayaqlarını daha da möhkəmləndirib.

Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib. O bildirib ki, Azərbaycanın öz dövlət müstəqilliyini qoruyub saxlaya bilməsi sayəsində ölkəmiz neft strategiyasını və təşəbbüskarı olduğu digər strateji və transmilli layihələri yüksək səviyyədə həyata keçirə bilib.

O ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin ilk günündən etibarən bütün sahələri diqqət mərkəzində saxladığını bildirib. Ötən ilin mühüm islahatlarla yadda qaldığını deyən M. İbrahimqızı qeyd edib ki, bu islahatların yüksək səviyyədə həyata keçirilməsi 2019-cu ildə öz nəticəsini verəcək.

Ötən il ərzində ümumi daxili məhsulun, qeyri-neft sektorunun, sənaye istehsalının artdığını bildirən Milli Məclisin deputatı qeyri-neft sənaye sektorunda artımın 9 faizdən çox olduğunu, ixracın təxminən 40 faiz artdığını, ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulduğunu vurğulayıb. O xatırladıb ki, Dünya Bankının “Doing Business 2019” hesabatında ölkəmiz dünya miqyasında 25-ci yerə layiq görülüb.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti