![]() |
|
2019-cu il Kosova üçün asan keçməyəcək.
Axar.az xəbər verir ki, bunu Kosova Baş naziri Ramuş Haradinay deyib. Onun sözlərinə görə, cari ildə ölkədə növbədənkənar seçki keçirilməyəcək.
O, bu il ərzində Priştinanın Serbiya ilə dialoqu davam etdirəcəyini və eyni anda Kosova Azadlıq Ordusunun cinayətlərinin araşdırılması ilə əlaqədar Haaqa tribunalında ittihamlara cavab verəcəyini bildirib.