![]() |
|
Özbəkistan Prezidenti Şövkət Mirziyayev 45 ölkə vətəndaşına 30 günlük viza sərbəstliyi verən fərman imzalayıb.
Axar.az xəbər verir ki, turizmin inkişafını təmin etmək üçün imzalanan fərman bu ilin fevralın 1-dən etibarən tətbiq ediləcək.
Siyahıda Avstriya, Avstraliya, Andorra, Argentina, Braziliya, Danimarka, Estoniya, Norveç, Polşa, Macarıstan, Serbiya, Yunanıstan və b. ölkələr yer alıb.
Bu fərmanla birgə Özbəkistanın viza güzəşti tətbiq etdiyi ölkələrin sayı 63-ə çatıb.