![]() |
|
2017-ci ildə Türkiyədən köçən vətəndaşların sayı 113 min 326 nəfərdir.
Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın "Nyu York Tayms" qəzetinin Türkiyədən köçən vətəndaşların statistikası ilə bağlı məqaləsinə cavab olaraq Türkiyə Prezident Aparatının İnsan Resursları üzrə ofisi yayıb.
Qurum "Nyu York Tayms"ın hesabatının yanlış olduğunu və doğru olan rəqəmlərin qəzetdə göstərilənin yarısından da az olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın "Nyu York Tayms" qəzeti 2017-ci ildə Türkiyədən köçən türklərin sayının 250 mindən çox olduğu barədə məlumat yayıb.