Bu gün Baş nazirin sabiq müavini Abid Şərifovun doğum günüdür, 79 yaşı tamam olur.

Abid Şərifov 1940-cı ilin 6 yanvarında Şəkidə anadan olub. 1995-ci ildən 2018-ci ilin 21 aprelinə kimi Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışıb.

Axar.az Modern.az-a istinadən Abid Şərifovdan doğum günündə alınan qısa müsahibəni təqdim edir:

- Abid müəllim, necəsiz?

- Şükürlər olsun ki, hər şey yaxşıdır. Səhhətim də qaydasındadır. Zənginizə görə xüsusi təşəkkür edirəm. Bu arada sizin Yeni ilinizi də təbrik edirəm. Xoşbəxtlik arzu edirəm.

- Qarşılıqlıdır, çox sağ olun! Bu gün sizin doğum gününüzdü. 79 yaşınız tamam olur. Necə qarşılayırsız növbəti doğum gününüzü?

- Sadə. Dəbdəbəli doğum günləri keçirtməyi sevmirəm. İstisna hal yalnız 60 yaşda olub.

- Bir çox həmyaşıdlarınız yaş üstünə yaş gələndə qorxur. Siz də eyni halı yaşayırsız?

- Qətiyyən... Bircə Allahdan savayı heç vaxt heç nədən qorxmamışam. Bu da bir həyatdır.

- Vəzifədə olanda təbriklər də fərqli olur. İndi necə, təbrik edənlər varmı? Xüsusən də köhnə dostlarınızdan?

- Hər zaman xalqıma xidmət etmişəm. Ömrüm boyu da xidmət etməyə hazıram. Hər bir insan xalqına, torpağına bağlı olmalı və xidmət etməlidir. Bu, hamımızn borcudur. Qaldı ki, təbrik edənlərə, təbrik etmək istəyənlər zəng edir.

- Bir daha nəyə görə doğum günü keçirtməməyinizlə bağlı soruşmaq istərdim. Ola bilərmi ki, bu istəyin olmaması illərlə çalışdığınız işinizdən irəli gəlsin?

- Bunun gərgin işlərlə əlaqəsi yoxdur. Əvvəldən xasiyyətim belədir. Düşünürəm ki, sadəlik daha yaxşıdır. Heç vaxt “bu gün bunu qeyd edim, sabah başqa bir günü qeyd edim” kimi hallarım olmayıb. O yolun sahibi deyiləm.

- 1995-ci ildən 2018-ci ilə kimi baş nazirin müavini vəzifəsində çalışmısız. O illərin xiffətini çəkirsizmi?

- Qızım, hansı hökumətdə, hansı dövlətdə 23 il eyni vəzifəni icra etmək olar?! Hansı tarixdə bunu oxumusuz?! 79 yaşımda təqaüdə çıxmışam. 23 il sizə kiçik görünməsin. Ona görə də hər zaman prezidentimə minnətdar olmuşam və indi də minnətdaram. Eyni zamanda, ulu öndərimizin də ruhu şad olsun. Ömrüm boyu ulu öndərimizə borcluyam. Yaşımdan asılı olmayaraq cənab prezidentimin, xalqımın əsgəriyəm. Həmçinin, ailəm də, övladlarım da dövlətçilik yolunda hər şeyə hazırdır.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti