![]() |
|
İsraildə səfərdə olan ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Qüdsdəki Ağlama divarını ziyarət edib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş Nazirlik ofisindən informasiya yayılıb.
Boltonu burada İsrail Milli Təhlükəsizlik Şurasının sədri Meir Ben Şabat, həmçinin ABŞ-ın İsraildəki səfiri Devid Fridman müşayiət edib.
Qeyd edək ki, axşam saatlarında Boltonun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü nəzərdə tutulub.