14:27

Qara dənizdə hava şəraitinin kəskin olması ilə əlaqədar Panama bayrağı altında üzən yük gəmisi batıb.

 

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, Türkiyənin Samsun vilayəti sahillərində batan “Volqo Balt 214” adlı gəmidə 13 nəfər ekipaj üzvü olub. Ekipaj üzvlərindən 7 nəfər xilas edilib, 2 nəfər həlak olub, 4 nəfər isə axtarılır. Heyətdən 9-nun Ukrayna, 2-nin Azərbaycan, 2-nin isə Rusiya vətəndaşı olduğu bildirilir.

Türkiyə Hava Qüvvələri Komandirliyi tərəfindən axtarış-xilasetmə tədbirləri üçün 2 qayıq, 2 helikopter və 1 təyyarə cəlb edilib.

Həlak olanların hansı ölkə vətəndaşı olması hələlik məlum deyil.

***

***

Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, qəza nəticəsində bir azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.

***

İtkin düşən Azərbaycan vətəndaşı, gəmi kapitanı Turbat Kamil oğlu İsmayılovun meyiti tapılıb.

Report-un verdiyi məlumata görə, onun meyiti suda gəminin göyərtəsində sıxılmış vəziyyətdə aşkar olunub.

Bildirilib ki, T.İsmayılov və digər Azərbaycan vətəndaşı, gəmi kapitanının baş köməkçisi Məmmədəli Surxay oğlu İbrahimovun gəmidə sıxılmış vəziyyətdə qalmış meyitlərinin çıxarılması istiqamətində iş aparılır.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti