Erməni ordusunda Rusiya kəşfiyyatına bağlı generallar hər vəchlə cəbhədə təxribata gedə bilər ki, bununla da onlar danışıqlar prosesini sıfırlamağa çalışar.

Nə qədər ki, Paşinyan orduda həmin generalları deşifrə etməyib, Qarabağ klanını tam zərərləşdirməyib, onun danışıqlarda müstəqil şəkildə qərar verməsi mümkün olmayacaq.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin son günlər dövlət sərhəddinin Qazax istiqamətində və təmas xəttində atəşkəsi mütəmadi pozması Paşinyanın danışıqlar prosesində uzaqlaşmaq cəhdi ola bilər:

“Çünki onun hazırda real imkanları konfliktin həllində aşağı səviyyədədir. Paşinyanın Azərbaycan tərəfi ilə şifahi razılaşması oldu, bir müddət cəbhədə nisbi sakitlik hökm sürdü. Görünür, Azərbaycanın ona verdiyi şansdan sui-istifadə edərək, parlament və digər icra strukturlarında mövqeyini möhkəmləndirdikdən sonra danışıqlardan yayınmağa cəhd edir. Amma onun bu avantürası yenidən Aprel eskalasiyasının təkrarlanmasına gətirə bilər. Bu da Paşinyanın siyasi fiaskosu olar”.

Politoloq qeyd edib ki, hazırda Paşinyanın Rusiya ilə qaz məsələsində istədiyinə nail ola bilməməsi, islahatların reallaşmasında çətinlikləri daxili narazılıqları körükləyir:

“Bir tərəfdən də Qarabağ münaqişəsinin həllində imkanları dəyərləndirməməsi onu dilemma qarşısında qoyur. Çünki Rusiya da danışıqlarda əsas vasitəçi olaraq qalmaqdadır. Kreml öz regional rakursundan münaqişənin həllinə yanaşır. Kreml "3+2" formatında həll variantını irəli sürür və Qarabağa aralıq statusu verilməsini önə çəkir. Bununla bərabər öz sülhməramlı qüvvələrini Xankəndidə yerləşdirməyi planlayır ki, bu variant təbii ki, Azərbaycanın maraqlarına uyğun deyil”.

Politoloq bildirib ki, Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti danışıqları gözlənilir:

“Əsas münaqişə ətrafında proses aprel ayından sonra başlayacaq.İl ərzində intensiv danışıqlarda Rusiya da iştirak edəcək. Problem ondan ibarətdir ki, Kreml tərəfinin irəli sürdüyü şərtlər danışıqlara mənfi təsir edəcək. Bu da il ərzində danışıqlar ssenarisinin davam etməsinə xidmət edə bilər. Rəsmi Bakı məhz bu kimi ssenarilərin qarşısın almağa çalışacaq”.

14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü

Xəbər lenti