![]() |
|
Hizbullah lideri Həsən Nəsrullah infarkt keçirib və xəstəxanaya yerləşdirilib.
Axar.az xəbər verir ki, bu məlumatı Livan mətbuatı yayıb. Hələlik mətbuatın yaydığı informasiyaya Hizbullah tərəfindən reaksiya verilməyib.
Qeyd edək ki, bundan öncə mətbuat Nəsrullahın xərçəngdən əziyyət çəkdiyi haqqında iddialar yaymışdı.