![]() |
|
Oxu.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədr müavini Samir Poladov Beynəlxalq Mina Təhlükəsi ilə Mübarizə günü ilə əlaqədar brifinqdə deyib.
O bildirib ki, 30 ildən sonra bu təəccüblü hal deyil:
“Əhalinin öz torpaqlarına qayıtması üçün bu çox önəmli məsələdir. 2020-ci il ölkə başçısı tərəfindən agentliyimiz qarşısına yeni tapşırıqlar qoyulub. Əsas məsələlərdən biri odur ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etmir. Buna görə də həmin ərazilərin təyin edilməsi ciddi problemdir.
Buraya bir neçə məqam daxildir. İşğaldan azad olunan ərazilərdə piyada əleyhinə minalar, tank əleyhinə minalar, partlamamış silah-sursat aşkarlanır. Son günlərdə 100-dən çox belə hal aşkarlanıb, eləcə də Şuşa ərazisində. ANAMA gələcəkdə Azərbaycana dəvət etmək üçün tərəfdaşlarla bağlı layihələrə baxır, bu sahədə davamlı müzakirələr gedir.
Təmizləmə əməliyyatının infrastruktur proyektlərinə töhfəsi problemin genişliyini izah edir. İnsanların və tərəfdaşların cəlb olunması, əsasən də düzgün milli strategiyanın təmin edilməsinə xidmət edir. Bu da gələcək proyektlərdə əməliyyatların aparılmasına kömək edəcək. Daha bir təhlükə isə, piyada və tank əleyhinə olan minaların kombinasiyasıdır.
Dediyim kimi Ermənistan hələ də mina xəritələrini təqdim etməyib. Ərazilərdə xeyli sayda tank əleyhinə minalar aşkarlanıb. Bəzən minalar vizual olaraq görünür və bu bizim işimizi rahatlaşdırır. Lakin normalda minalar torpaq altında gizlədilir və bu da illərdir insan tələfatına gətirib çıxarır”.
O qeyd edib ki, biz maarifləndirmə təbliğatını gücləndirib, işimizi gələcək tərəfdaşlarımızla da davam etdirmək istəyirik:
“İnsanlar yalnız təmizlənmiş yollardan istifadə etsinlər. Qeyri-qanuni şəkildə işğaldan azad olunmuş ərazilərə getməsinlər, qoyulan lövhələrə diqqət etsinlər. Əhalinin mina təhlükəsindən qorumaq üçün maarifləndirici təbliğat aparılır, məlumat lövhələri qoyulur. Hazırda bu istiqamətdə müxtəlif kampaniyalar var.
2020-ci ilin noyabrından bu günə qədər 32 nəfər xəsarət alıb, 18 nəfər həlak olub. Bu çox təhlükəlidir. Müvafiq icazə olmadan həmin ərazilərə keçməmək tövsiyə edilir”.
Səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur.
Güclü külək barəsində dünən əvvəlcədən Milli Hidrometeorologiya Xidməti məlumat vermişdi.
Bildirilirdi ki, bu gün günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Külək axşam mülayimləşəcək.
Bu barədə Bakı Nəqliyyat Agentliyinin sərnişinlərə müraciətində bildirilir.
"Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.
Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiniz", - deyə qurum bəyan edib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd olunub ki, güzəştli şərtlərlə pensiya hüququna malik pensiyaçılar istisnadır.
May ayında qeyri-iş günlərinin sayı məlum olub.
Apa xəbər verir ki, bu il 9 May - Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.
Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.
Eyni zamanda 28 May - Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.
Beləliklə, may ayında bayramlarla əlaqədar 5 gün iş olmayacaq.
Şənbə və bazar günləri də nəzərə alındıqda, ümumilikdə 14 gün qeyri-iş günüdür
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Zaur Rauf oğlu Mikayılov “Azərbaycan Supermarket” MMC-nin rəhbəri olub. Sözügedən MMC BRAVO supermarketlərinin sahibi olaraq göstərilir. Bu şirkət 2015-ci ilin fevral ayının 27-də dövlət qeydiyyatına alınıb. Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 2 min manat təşkil edir.
“Azərbaycan Supermarket” MMC-nin təsisçiləri barədə rəsmi məlumat açıqlanmasa da, bu şirkətin qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu, Neftçilər prospekti ev 153 ünvanında “Paşa İnşaat”, “Paşa Technology”, “Paşa Sığorta” kimi şirkətlərin də olduğu qeyd olunub.
Həmçinin qeyd edək ki, Vergilər Nazirliyi 2017-ci ilin dekabrında qeydiyyata aldığı “Agro Supply” MMC-nin də qanuni təmsilçisi Zaur Rauf oğlu Mikayılov göstərilmişdi. Sözügedən şirkətin nizamnamə kaptalı isə 100 min manatdır. Müəsssisə “PAŞA Holdinq” MMC ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153-də qeydiyyatdan keçib.
Qeyd edək ki, bir müddət əvvəl PAŞA Holdinq MMC-yə məxsus Azərbaycan Supermarket MMC-nin direktoru Zaur Mikayılov vəzifəsindən azad edilib. Şirkətə rəhbərlik əcnəbi vətəndaşa (Kevin Paul Landi) həvalə olunub.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən "Ölkə.Az"a bildirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə (mart ayı) müqayisədə 11.6% artım deməkdir.
Ünvanlı dövlət sosial yardımına müraciət etmək qaydası
ÜDSY üçün müraciət edilməsi:
Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs ÜDSY-nin alınması üçün müraciət edə bilər. Bunun üçün aşağıdakı sənədləri əldə etməlidir:
Yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışı;
Həmin arayışa əsasən notariat orqanı tərəfindən təsdiq edilən təmsilçilik barədə ərizə.
Təmsilçi kompüter və ya mobil telefonlardan istifadə edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet səhifəsində (www.sosial.gov.az) yerləşdirilmiş VEMTAS pəncərəsinə və ya elekron hökumət portalında (www.e-gov.az) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətləri siyahısında “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” bölməsinə daxil olmaqla elektron qaydada Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə müraciət edir.
Müraciət qeydiyyata alındıqdan sonra komputerin ekranına VEMTAS tərəfindən bu barədə məlumat göndərilir. Bu tarix ailənin sosial yardımın alınması üçün müraciət etdiyi gün sayılır.
Bu sözləri "ARB24"ə açıqlamasında həkim İmran Mirizadə bildirib.
Onun sözlərinə görə, sərt karantinin tətbiq olunması xəstəxanaların qəbul edəcəyi xəstə sayından asılıdır:
"Əgər ölkə ərazisində xəstələr üçün nəzərdə tutulumuş rezerv yerlər tükənəcəksə, qadağalar tətbiq oluna bilər. Karantin rejimi ölkə iqtisadiyyatı və vətəndaşlarına ciddi təsir göstərir. Bu səbəbdən Operativ Qərargah vətəndaşları düşünərək bu addımları atır.
Koronavirusa yoluxmuş bütün xəstələr xəstəxana şəraitində müalicə almır. Təbii ki, bunların içində evlərdə müalicə alanlar da var. Xəstəxanada mülaicə alan koronavirus xəstələri aktiv xəstələrin təqribən 30-40 faizini təşkil edir.
Hazırda ölkə ərazisindəki xəstəxanalarda kifayət qədər yer var. Lakin bu da müəyyən limit daxilindədir".
Qeyd edək ki, Azərbaycanda COVID-19 virusuna yoluxmuş aktiv xəstələrin sayı 25 min 412 nəfərdir.
Qazilərimizlə bağlı problemlər var. Müdafiə Nazirliyinin Hospitalı var. Mən həkimlərin işini yüksək qiymətləndirirəm, amma hospitalın işini yox. Qazilər rayondan gəlirlər bura. Avtobusda yoxdur, taksi tutub gəlirlər. Burada onlara resept yazıb deyirlər ki, gedin, dərmanları özünüz alın. Haradan alsın?.
Bunu parlamentdə çıxışı zamanı deputat Aqil Abbas deyib.
O, xatırladıb ki, bununla bağlı onlara şikayətlər daxil olur: “Qazilərə hələlik əlillik dərəcəsi verilməyib: “Bəziləri ordudan təxris edilməyib. Amma onlara deyirlər ki, gedin, özünüz dərman alın. Belə olmamalıdır. Mən Müdafiə Nazirliyinin rəhbərliyini bu məsələyə diqqət etməyə çağırıram. Hospital niyə müalicə ilə məşğul olmur? Qazilərə dərman vermək lazımdır. Bu hospitalın işidir”.
Deputat xatırladıb ki, Daxili İşlər Nazirliyinin qopitalı var: “Oradan nəinki polis əməkdaşları, onların ailə üzvləri, təqaüdə çıxan polislər də həyatının sonuna qədər müalicə alırlar”.
Bunu APA-ya TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva deyib.
O, karantin rejimin sərtləşdirilməsi ilə bağlı TƏBİB tərəfindən Nazirlər Kabinetinə müraciətlə bağlı dəqiq nəsə deyə bilməyəcəyini bildirib:
“Hamımız ümid edirik ki, yoluxma sayı artmayacaq. Ümid edirik ki, xəstəliyin gedişatı ağır olmayacaq və xəstəxanalarda çarpayılar dolmayacaq. Dəfələrlə qeyd etmişik yoluxma sayı yüksək olsa belə, xəstəliyin gedişi yüngül olarsa, insanların çoxu xəstəliyi evində keçirirsə, bu, o qədər qorxulu göstərici deyil.
Təhlükəli göstərici o zaman olur ki, ağırlaşan xəstəyə xəstəxanada yer olmur. Bu məqamda hansısa təklifdən və müraciətdən söhbət gedə bilər. Hər birimiz çalışmalıyıq ki, yoluxma sayı artmasın ki, normal olmasa da, normala yaxın şəraitdə yaşamağa davam edə bilək”.