"Bu gün artıq koronavirusla mübarizədə bilinənlər artdığı üçün, əlbəttə, hökumət və aidiyyəti qurumlar qərarları əvvəlki illə müqayisədə daha sakit və uyğun şəkildə verir. Hamı fikirləşirdi ki, bayram ərəfəsində yollar bağlanacaq. Amma bu, belə olmadı. Bu, hədiyyə kimi görünə bilər. Amma məqsəd hədiyyə vermək deyildi. Real vəziyyət dəyərləndirilərək hesablandı ki, yol bağlamaqla artıq çox da fayda verilməyəcək".

Bu sözləri "Musavat TV"nin efirində deputat Rəşad Mahmudov bildirib.

O əlavə edib ki, burada əsas məqsəd yolu bağlamaq deyil, cəmiyyət getdiyi yerdə epidemioloji qaydalara riayət etmək mədəniyyəti göstərərsə, ölkədə heç bir yeri bağlamağa ehtiyac qalmayacaq:

"Ramazan ayında hamının özünə vəzifə borcu kimi qəbul etdiyi bir çox xüsusiyyətlər var. Bunlara bayramda birlikdə olmaq, ünsiyyətin daha çox olması da daxildir. Novruz bayramında biz 700-800 rəqəmlərini görürdüksə, bu gün 2 min-3 min rəqəmlərini görürük. Burada məqsəd kiminsə bayramını əlindən almaq və ya əngəl törətmək deyil. Hər bir dövlət məsuliyyət daşıyır ki, ola biləcək təhlükələrə qarşı cəmiyyətini qoruya bilsin.

Rəqəmlərin bu şəkildə artdığı müddətdə təhsildə atıldığı kimi başqa preventiv tədbirlərinin atılması məcburiyyəti yarana bilər. Çünki istənilən kütləvi yer, istər restoran, istərsə də məscidlərdə yaxın təmas olduğu müddətdə təhlükə yarada bilir. Bunu nəzərə alan hökumətlər də ola biləcək təhlükələr qarşısında iqtisadi və digər zərərlərə rəğmən önləm almaq məcburiyyəti daşıyır".

Bu gündən etibarən İcbari Tibbi Sığorta ölkənin bütün şəhər və rayonlarını əhatə edəcək. Vətəndaş xidmətlər zərfində daxil olan 2550 xidmətdən pulsuz istifadə imkanı qazanacaq. Xidmətdən istifadə üçün bəzi məhdudiyyətlər də aradan qaldırılıb. Belə ki, son qərara əsasən, artıq rayon qeydiyyatında olub Bakıda yaşayan şəxslər də paytaxtda İcbari Tibbi Sığortadan yararlana biləcəklər. Bəs işsiz vətəndaşlar və ya pensiyaçıların da icbari tibbi sığortadan istifadə hüquqi varmı? Cavabı təqdim edəcəyimiz sujetdə biləcəyik.

Pensiyaçılar və işsiz şəxslər də icbari tibbi sığortanın xidmətlər zərfindən ödənişsiz istifadə edə biləcəklər.

İcbari Tibbi sığorta agentliyinin departemanet rəhbəri Vüqar Qurabanov bildirdi ki, icbari tibbi sığorta bütün ölkə əhalisini əhatə edir. Onun sözlərinə görə Pensiyaçılar və işsiz vətəndaşların da tibbi xidmətlər zərfindən istifadə hüquqi var. Əvvəlki qərara əsasən, rayon qeydiyyatında olub Bakıda yaşayan şəxslər icbari tibbi sığortadan istrifadə üçün yaşadıqları yer üzrə qeydiyyata düşməli idilər. Lakin müştərək maliyyələşmə məbləği ləğv olunduğuna görə, həmin şəxslər də paytaxtda tibbi xidmətlərdən yararlana biləcəklər.

Pandemiya şəraitinə görə bəzi xəstəxanalarda icbari tibbi sığortanın tətbiqində çətinliklər var. Vüqar Qurbanov qeyd etdi ki, həmin tibb müəssisələrinin yaxınlığında yaşayan sakinlərin də xidmətdən istifadə etməsi üçün imkanlar yaradılıb.

Vətəndaşlar icbarı tibbi sığortadan yararlanmaq üçün ilk növbədə ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə yaxınlaşmalıdır. Vətəndaş ailə həkimi seçdikdən sonra müayinə və ya müalicə edilir. İxtisaslı tibbi yardıma ehtiyac olduğu təqdirdə, göndəriş əsasında ixtisaslı həkimə yönləndirilir. Göndəriş əsasında xəstəxanalara gedən vətəndaşlardan qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq. Qeyd edək ki, vətəndaşların xidmətlər zərfi çərçivəsində 2550 sayda tibbi xidmətdən istifadə etməsi mümkündür.

Azərbaycanda şirkətlərdə işçilərin şəxsiyyət vəsiqələri toplanır.
Buna səbəb son günlər koronavirusa yoluxmada müşahidə olunan kəskin artım və bunun yaratdığı "karantin təhlükəsi”dir.

Belə ki, artıq bəzi şirkətlər aprelin 5-dən SMS-icazə tətbiq ediləcəyi ilə bağlı işçilərinə xəbərdarlıq ediblər. Hətta onlar portalda qeydiyyatdan keçmək etmək üçün əməkdaşların şəxsiyyət vəsiqələrini yığmağa başlayıblar.

Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeronda 5 apreldən əyani tədrisin dayandırılacağı rəsmən açıqlanıb. /Axar.az

İqtisadiyyat naziri Mikayıl Cabbarov koronavirus (COVID-19) əleyhinə peyvənd olunub.

O, bu barədə “Facebook” sosial şəbəkəsindəki hesabında bildirib.

“Mən də peyvənd olunmuşam ve hər kəsə bu prosesə qoşulmağı tövsiyyə edirəm. Peyvənd koronavirusun yaratdığı təhlükənin məhdudlaşdırılması, cəmiyyətimizin virusa qarşı immunitetinin yüksəldilməsi və hər birimizin sağlamlığımızın qorunması üçün effektiv vasitədir”, - deyə nazir qeyd edib.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev Xəzər rayonu, Binə qəsəbəsi yeni yaşayış massivində bir nəfərin İstehsalat Birliyinin adından istifadə etməsi, guya sonradan ödənişli (elektron-mexaniki) sayğacları müəyyən vəsait qarşılığında əvvəlcədən ödənişli (smart-kart) sayğaclarla dəyişməsi barədə yayılan məlumata münasibət bildirib.

Ruslan Əliyev "Facebook"dakı səhifəsində İstehsalat Birliyinin belə bir işçisinin olmadığını bildirib.

“Bizə təqdim olunan fotonu araşdırdıq. Belə bir işçimizin olmadığı üzə çıxdı.

Biz bir daha vətəndaşlara müraciət edirik. Diqqətli olun! Dələduzlara aldanmayın. Heç vaxt bizim qurumun əməkdaşlarına pul verməyin. Çünki "Azəriqaz" İB-nin əməkdaşları ödənişli xidmət göstərmir.

Hüquq-mühafizə orqanlarından da xahiş edirik ki, bu kimi hallarla mübarizədə Birliyə yardımçı olsunlar. Vətəndaşlar isə belə vəziyyətdə dərhal polisə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qaynar xəttinə müraciət etsinlər”, - deyə Ruslan Əliyev qeyd edib.

Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək. Çünki bəzən fermerlər əkmədikləri sahələrə görə də, dövlətdən subsidiya almağa cəhd edir və ya alınan subsidiyanı təyinatı üzrə istifadə etmir. Bütün bunların qarşısını almaq üçün kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilir. Yaxın vaxtlarda Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılacaq və məcəlləyə əlavənin qəbul edilməsi gözlənilir
 
Dövlətin kənd təsərrüfatı üçün verdiyi subsidiyaları təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək. Bununla bağlı inzibatı xətalar məcəlləsinin müvafiq maddəsinə əlavələr edilməsi nəzərdə tutulur. Millət vəkili Aqil Məmmədov deyir ki, bəzən fermer tərəfindən "elektron kənd təsərrüfatı" informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilir. Nəticədə fermer əkmədiyi sahələrə görə də subsidiya almağa cəhd göstərir.
 
Əgər fermer sistemə bilərəkdən səhv məlumat daxil edərsə, bu zaman o  əldə etdiyi subsidiyanın 2 mislindən 4 mislinə qədərini cərimə ödəyəcək. Millət vəkili deyir ki, qanuna əlavənin edilməsinin məqsədi xoşagəlməz halların qarşısını almaq və kənd təsərrüfatı sahələrinin inkişafını stimullaşdırmaqdır.
 
Aqil Məmmədovun sözlərinə görə, əkin sahələrinə nəzarət günü-gündən gücləndirilir. Fermerlərin bilərəkdən yanlış məlumat daxil etmək şansları xüsusi texniki vasitələrlə minimuma endirilir.
 
Qanuna əlavə yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacaq. Layihənin birinci oxunuşda qəbul olunması gözlənilir.

"Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı istifadə etdiyi “İskəndər” raketlərinin qalıqları Şuşa şəhəri istiqamətində iki ərazidə aşkarlanıb".

 "Report" xəbərinə görə, bu sözləri Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) Operativ Qərargahının rəisi İdris İsmayılov Bakıda raketlərin qalıqlarının nümayiş etdirilməsi zamanı deyib.

O qeyd edib ki, raketlərin qalıqları Şuşada iki müxtəlif ərazidə aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilib:

"Mütəxəssislər tərəfindən ərazidə raket qalıqlarına baxış zamanı “9M723” raketi - hansı ki, onun kod adının “İsgəndər” olduğu müəyyən olunub. Raketin uzunluğu 7 metr 23 sm, diametri isə 920 millimetrdir. Bildiyiniz kimi, bu raketin bir neçə növü var. Raket qalıqlarının üzərində modelini dəqiqləşdirəcək yazıya rast gəlinməyib. Hazırda bu raketin hansı növə aid olduğu istiqamətində dəqiqləşdirmələr aparılır”.

Onun sözlərinə görə, raketin Şuşa şəhərində düşdüyü ərazidə hazırda da ANAMA-nın əməkdaşları tərəfindən araşdırmalar aparılır:

"Raket tam olaraq partlayıb, onun içərisində heç bir partlayıcı maddə yoxdur. Onun tam olaraq qalıqları aşkarlanıb”.

"Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq".
Bunu "Musavat TV"yə açıqlamasında deputat Rəşad Mahmudov bildirib.

O əlavə edib ki, epidemioloji vəziyyət nəzarət altına alındıqdan sonra rəqəmlər yenidən azalmağa getdiyi zaman vəziyyət fərqli ola bilər:

"Biz keçən il yayda evlərimizdə bağlı idik. Bu gün Operativ Qərargahda hazırlıqlar gedir. Gələcəkdə açıq havada maska taxmaqla bağlı qiymətləndirmələr aparılır. Epidemioloji vəziyyət söndükdən sonra artıq açıq havada insanların maskasız şəkildə gəzmələri üçün hüquqi bazanın hazırlanması üçün addımlar atılacaq.

Lakin bunu etmədən öncə hər bir hökumət yüz ölçüb bir biçmək məcburiyyətindədir. Çünki bu, sadəcə daxili ekspertlərin verəcəkləri qərarlara bağlı deyil. Bu qərarların arxasında Dünya Səhiyyə Təşkilatı və bu sahə üzrə olan institutların rəyləri və razılıqlarının olması lazımdır. Əfsuslar olsun ki, bu gün həmin razılıqları almaq istəyən adiyyəti qurumlar qarşı tərəfdən konkret razılıq ala bilmədiyi üçün qızıl ortanı tutaraq zaman qazanmaq məcburiyyətində qalır.

Əgər ölkədə ciddi bir şəkildə alovlanma yoxdursa, təmiz havada maskanın istifadəsi qanuni tərəfdən də öz həllini tapacaq".

Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından 5 il ötür.

Belə ki, 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Allah Şəhidlərimizə rəhmət etsin!

Aprel döyüşləri zamanı şəhid olan hərbçilərimiz:

RütbəAdı, soyadıTəvəllüdüDəfn tarixiDəfn olunduğu yer
Polkovnik Vüqar Nurəddin oğlu Yusifov 1976 6 aprel 2016 Şəmkir rayonu, Şiştəpə kəndi
Polkovnik-leytenant Raquf Cahangir oğlu Orucov 1972 5 aprel 2016 Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı
Murad Telman oğlu Mirzəyev 1976 11 aprel 2016 Bakı, II Fəxri Xiyaban
Mayor Təbriz Tariyel oğlu Musazadə 1981 11 aprel 2016 Bakı, II Fəxri Xiyaban
Urfan Üzeyir oğlu Vəlizadə 1978 11 aprel 2016 Bakı, II Fəxri Xiyaban
Rasim Əbdül oğlu Məmmədov 1977 5 aprel 2016 Naxçıvan şəhəri
Elnur Adil oğlu Əliyev 1976 3 aprel 2016 Füzuli rayonu
Samit Gülağa oğlu İmanov 1981 9 aprel 2016 Neftçala rayonu, Həsənabad qəsəbəsi, Şəhidlər Xiyabanı
Kapitan İnqilab Çingiz oğlu Quliyev 1983 5 aprel 2016 Gəncə şəhəri, Şəhidlər xiyabanı
Mühid Qurban oğlu Orucov 1984 9 aprel 2016 Qazax rayonu, Fərəhli kəndi
Vaqif Dilqəm oğlu Bayramov 1979 11 aprel 2016 Naftalan şəhəri
Nəcməddin Akif oğlu Savalanov 1985 9 may 2016 İmişli rayonu, Göbəktala kəndi
Baş Leytenant Əbu Bəkir Vüqar oğlu İsmayılov 1990 11 aprel 2016 Bakı, II Fəxri Xiyaban
Mirzə Sərvər oğlu Novruzov 1984 5 aprel 2016 Bakı, II Fəxri xiyaban
Rəşid Rövşən oğlu Mehdiyev 1990 5 aprel 2016 Salyan rayonu, Xələc kəndi
Ziya Niyazi oğlu Həsənov 1989 6 aprel 2016 Bərdə şəhəri, Şəhidlər Xiyabanı
Elvin Məmməd oğlu Namazov 1990 9 aprel 2016 Qazax rayonu, Yuxarı Salahlı kəndi
Cavid Gülbala oğlu Dədəkişiyev 1989 11 aprel 2016 İmişli rayonu, Qaralar kəndi
Elnur İsgəndər oğlu İsgəndərov 1989 11 aprel 2016 Şəki rayonu, Şəki şəhəri
Leytenant Sahil Həsrət oğlu Şirinov 1992 6 aprel 2016 Qəbələ rayonu, Bum qəsəbəsi
Qabil Əbdüləli oğlu Orucəliyev 1991 02 aprel 2016 Naxçıvan şəhəri
Gizir Dilsuz Məmmədağa oğlu Qarayev 1990 4 aprel 2016 Ağcabədi rayonu, Hindarx qəsəbəsi
Elimdar Səlimxan oğlu Səfərov 1992 4 aprel 2016 Neftçala rayonu, Aşağı Qaramanlı kəndi
Orxan Kazım oğlu Hümbətov 1992 5 aprel 2016 Şəki rayonu, Kiş kəndi
Orxan Ələsgər oğlu Müstəcəbov 1993 5 aprel 2016 Qobustan rayonu, Bədəlli kəndi
Məhəbbət Zaman oğlu Mirzəyev 1994 12 aprel 2016 Beyləqan rayonu, Dünyamalılar kəndi
Nurlan Rasim oğlu Abdullayev 1994 5 aprel 2016 Zərdab rayonu, Böyük Dəkkə kəndi
Ravil Elman oğlu Novruzov 1986 4 aprel 2016 Xızı rayonu, Giləzi qəsəbəsi
Rusif İbrahim oğlu Ağayev 1987 7 aprel 2016 Lənkəran rayonu, Hirkan qəsəbəsi
Teymur Sabir oğlu Qasımov 1992 9 aprel 2016 Mingəçevir, Şəhidlər Xiyabanı
Murad Vaqif oğlu Məmmədov 1989 5 aprel 2016 Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı
Bəxtiyar Rəfael oğlu Hüseynov 1995 9 aprel 2016 Goranboy rayonu, Qızılhacılı qəsəbəsi
Toğrul Habil oğlu Fərəczadə 1993 9 aprel 2016 Ağsu rayonu, Bico kəndi
Şahin Yaşar oğlu Cavadzadə 1994 9 aprel 2016 Beyləqan rayonu, Beyləqan şəhəri
Pəncəli Nurməmməd oğlu Teymurov 1981 11 aprel 2016 Astara rayonu, Azaru kəndi
Tural Gülşad oğlu Qurbanov 1992 11 aprel 2016 Kürdəmir rayonu, Sığırlı kəndi
Mirsalam Təvəkkül oğlu Cəfərov 1994 11 aprel 2016 Tovuz rayonu, Bayramlı kəndi
Seymur Qulamhüseyn oğlu Baxışov 1987 20 aprel 2016 Sumqayıt şəhəri, Sumqayıt Şəhidlər Xiyabanı
Kiçik gizir Babək Vəfadar oğlu Abidov 1992 9 aprel 2016 Şabran rayonu, Zeyvə kəndi
Çavuş Təbriz Hamlet oğlu Əsgərov 1993 6 aprel 2016 Şəmkir rayonu, Morul kəndi
Elvin Sədrəddin oğlu Qayıbov 1989 5 aprel 2016 Xaçmaz rayonu, Əbilyataq kəndi
MAXE hərbi qulluqçu Ruhin Əşrəf oğlu Qəhrəmanov 1997 3 aprel 2016 Biləsuvar rayonu, 2 saylı məcburi köçkün qəsəbəsi
Nurlan Bayram oğlu Əsgərov 1995 5 aprel 2016 Masallı rayonu, Kalinovka kəndi
Rahim Qara oğlu Tağıyev 1979 11 iyul 2016 Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı
Nicat Bəhruz oğlu İsgəndərov 1989 3 aprel 2016 Tərtər rayonu, Tərtər şəhəri
Səbuhi Rəfayıl oğlu Musayev 1988 7 aprel 2016 Bərdə rayonu, Mustafaağalı kəndi
Adil Kamran oğlu Adilzadə[94] 1993 11 aprel 2016 Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı
Rüstəm Oruc oğlu Əhmədov 1983 14 aprel 2016 Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı
Əsgər Rəvan İsmayıl oğlu Nurayev 1997 3 aprel 2016 Zaqatala rayonu, Muxax kəndi
Orxan Məhəmməd oğlu Əliyev 1996 3 aprel 2016 Qazax rayonu, Aslanbəyli kəndi
Sarvan Natiq oğlu Mehrəliyev 1997 3 aprel 2016 Ağdam rayonu, Üçoğlan kəndi. (Bəzi mənbə:Ballar)
Samir Ziyəddin oğlu Qaçayev 1994 3 aprel 2016 Şamaxı rayonu, Məlhəm kəndi
Fərahim Adışirin oğlu Novruzov 1996 4 aprel 2016 Biləsuvar rayonu, Səmədabad kəndi
Nürəddin Etimad oğlu Mirzəyev 1996 4 aprel 2016 Yardımlı rayonu, Honuba kəndi
Sərxan Azər oğlu Bağırov 1997 4 aprel 2016 Göygöl rayonu, Əlimədədli kəndi
Hüseyn Zeynal oğlu Dəmirli 1993 5 aprel 2016 Biləsuvar rayonu, Biləsuvar şəhəri
Ömər Məzahir oğlu Cəbrayılov 1997 5 aprel 2016 Ağdaş rayonu, Şəkili kəndi
Vüqar Natiq oğlu Süleymanov 1993 5 aprel 2016 Şəki rayonu, Böyük Dəhnə kəndi
Teymur Mikayıl oğlu Qasımov 1996 5 aprel 2016 Göyçay rayonu, Çaxırlı kəndi
Rizvan Telman oğlu Muradov 1996 4 aprel 2016 Sabirabad rayonu, Çiçəkli kəndi
Müşviq Arif oğlu Orucov 1996 5 aprel 2016 Bakı, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Dədə Qorqud” qəbristanlığı
Cabbarxan İlham oğlu Hacıağayev 1996 5 aprel 2016 Bakı, Binəqədi rayonu, Xocəsən qəsəbəsi
Nurlan Cəmil oğlu Qasımov 1997 5 aprel 2016 Şəmkir rayonu, Tatarlı kəndi
Xaliq Həsən oğlu Əzizzadə 1996 6 aprel 2016 Bakı, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi
Emin İmran oğlu Bağırov 1996 6 aprel 2016 Bakı, Binəqədi rayonu, Binəqədi qəsəbəsi
Kamran Faiq oğlu Şirəliyev 1994 6 aprel 2016 Bakı, Suraxanı rayonu, Suraxanı qəsəbəsi
Əlizaman Fərrux oğlu İslamov 1997 6 aprel 2016 Lənkəran rayonu, Cil kəndi
Ülvin Cəmaləddin oğlu Məmmədov 1996 7 aprel 2016 Ağcabədi rayonu, Laçından olan məcburi köçkünlərin “Taxta körpü” qəsəbəsi
Şulan Bayram oğlu Bayramov 1996 7 aprel 2016 Sumqayıt şəhəri
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı 1994 9 aprel 2016 Bakı, Sabunçu rayonu, Pirşağı qəsəbəsi
Firdovsi Əliş oğlu Bağırzadə 1996 9 aprel 2016 Masallı rayonu, Güllütəpə kəndi
Mahir Sabir oğlu Mirzəyev 1994 9 aprel 2016 Abşeron rayonu, Mehdiabad qəsəbəsi
Röyal İmran oğlu Nəsirov 1997 9 aprel 2016 Cəlilabad rayonu, Məlikqasımlı kəndi
Altun Fərman oğlu Dəmirli 1997 9 aprel 2016 Şəmkir rayonu, Düyərli kəndi
Elşən Səlim oğlu Səmədov 1997 9 aprel 2016 Şamaxı rayonu, Göylər kəndi
Vüsal İlham oğlu Alıyev 1996 9 aprel 2016 Şəmkir rayonu, Kür qəsəbəsi
Mikayıl Yaqub oğlu Vahabzadə 1993 9 aprel 2016 İsmayıllı rayonu, Maçaxı kəndi
Mahir Qədir oğlu Quliyev 1993 9 aprel 2016 Bakı, III Fəxri Xiyaban
Nazim Nadir oğlu Zəkarayev 1997 9 aprel 2016 Şamaxı rayonu, Şamaxı şəhəri, Şəhidlər Xiyabanı
Yalçın Namiq oğlu Osmanov 1997 9 aprel 2016 Qusar rayonu, Qusar şəhəri
Elvin Azadxan oğlu Mirzəyev 1994 9 aprel 2016 Xaçmaz rayonu
Əmiraslan Xəlil oğlu Xeyirbəyov 1996 9 aprel 2016 Qusar rayonu, Caqarqışlaq kəndi
Elvin Azadxan oğlu Mirzəyev 1994 9 aprel 2016 Xaçmaz rayonu, Xaçmaz şəhəri
Əbdülməcid Nadirşah oğlu Axundov 1993 9 aprel 2016 Sumqayıt şəhəri
Mahmud Azər oğlu İbrahimov 1997 9 aprel 2016 Bakı, Mehdiabad qəsəbəsi
Sərxan Oqtay oğlu Bayramov 1993 11 aprel 2016 Zaqatala rayonu
Əmrah Aydın oğlu Yüzbəyov 1997 4 may 2016 Xaçmaz rayonu, Hacıməmmədoba kəndi
Əli İntiqam oğlu Heydərov 1997 9 may 2016 Abşeron rayonunu, Qobu qəsəbəsi
Natiq Namiq oğlu Tahirli 1997 18 may 2016 Lerik rayonu, Almu kəndi
"Bütün hallarda karantinin sərtləşdirilməsi barədə Operativ Qərargah qərar qəbul edir. Burada epidemik vəziyyət nəzərə alınır".

Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, təxminən 10 gün ərzində davam edən Novruz bayramı zamanı ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı: "Rəqəmlərdə artım olsa belə, yoluxma sayı 10 gün ərzində 5-10 dəfə artmamışdı. İctimai nəqliyyat hamıya bəllidir ki, koronavirus infeksiyasının yayılmasına şərait yaradan ən başlıca amillərdən biridir. Amma ən çox rast gəlinən yayılmalar kütləvi tədbirlərlə bağlıdır. Ən ciddi yayılmalar toylar, yas mərasimləri və ad günlərində baş verir.

Bu cür tədbirlərin məhdudlaşdırılmasının davam etdirilməsi, sanitar gigiyenik normaların tətbiqinə nəzarətin gücləndirilməsi davam etməlidir. Bakı əhalisinin daha əhəmiyyətli qismi artıq yoluxub, xəstələnib və sağalıb. Amma regionlarımızda Bakı, Sumqayıt və Gəncə ilə müqayisədə bütün il boyu yoluxma halları az olub. Ona görə regionlarımızın qorunması çox vacibdir.

Regionlarımızda çoxlu sayda əhalimiz var ki, onlar koronavirusla indiyə qədər təmasda olmayıblar. Orada alovlanma olarsa, daha sürətli ola bilər. Amma Bakıda alovlanma nisbətən az sürətlə inkişaf edir. Çünki elə bir bina yoxdur ki, həmin binanın təxminən 20-30 faizində yoluxmalar olmasın. İnsanlar xəstələnib və sağalıblar. Yəni Bakı, Gəncə və Sumqayıtın kollektiv immunitetə çatma ehtimalı regionlarla müqayisədə daha çoxdur".

Xəbər lenti