![]() |
|
Operativ Qərargahın sonuncu brifinqində sentyabrın 15-nə kimi növbəti yumşalmanın olacağı ilə bağlı fikirlər səsləndirildi. Eyni zamanda rayonlara gediş-gəlişin də bərpası gözlənilir. Gələn həftədən rayonlara gediş-gəliş bərpası ilə bağlı qərar verilə bilərmi?
KONKRET.az xəbər verir ki, bu məsələ ilə bağlı sualı cavablandıran deputat Müşfiq Cəfərov bildirib ki, rayonlarda artıq sərt karantin rejimi yığışdırılıb:
"Mən özüm Gəncədəyəm. Gəncə, Goranboy da sərt karantin rejimində idi, lakin sonuncu yumşalmadan sonra bu rayonlarda sərt karantin rejimi yığışdırılıb. Sərt karantin rejimi yalnız Bakı, Sumqayıt və Abşeronda saxlanılıb. Orada da əhali sıxlığı məsələsi var. Ən önəmlisi isə yoluxmaların əksər hissəsi həmin rayon və şəhərlərdə olduğu üçün sərt karantin rejimi saxlanıldı.
Təbii ki, rayonlara gediş-gəlişin açılması yoluxanların artma-azalma dinamikasından asılıdır. Gündəlik yoluxanların sayı hələ ki, artma-azalma dinamikası ilə davam edir. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, rayonlara-gediş gəliş açıla bilər. Məzuniyyətlər də artıq bitir. Rayonlara gedənlərin sayı da az olacaq. Çünki insanlar daha çox məzuniyyət zamanı yay aylarında rayonlara üz tutur”.
Müşfiq Cəfərov fikrini belə tamamlayıb:
"Nəzərə alsaq ki, dərslər başlayır, iş yerləri fəaliyyətini bərpa edir. Bu baxıından hesab edirəm ki, rayonlara gediş-gəliş açılsa belə ciddi narahatlıq yaratmayacaq. Təbii ki, rayonlara gediş-gəlişin açılması üçün müəyyən qaydaların hazırlanması və insanlarımızın Operativ Qərargahın verdiyi tövsiyələrə əməl etməsi vacibdir”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektronlaşdırma proqramı çərçivəsində yeni və geniş fuksional imkanlara malik “Pensiya kalkulyatoru” e-xidmətini hazırlayır.
Nazirlikdən verilən məlumata görə, bu e-xidmət vətəndaşlara onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verəcək.
Kalkulyator mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, pensiya hüququnu əldə edəcəyi tarixdəki yaşı, habelə hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat verəcək.
Yeni e-xidmətin yaxın bir ay ərzində istifadəyə verilməsi nəzərdə tutulur.(HİT.az)
Karantin zamanı uşaqların valideynləri ilə görüşünə qoyulan qadağa ləğv olunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Ədliyyə Nazirliyinin sosial şəbəkə üzərindən keçirdiyi canlı yayım zamanı İcra baş idarəsinin rəis müavini Fərid Əfəndiyev deyib ki, koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən karantin rejimi ilə əlaqədar bu ilin martın 31-dən etibarən boşanmış valideynlərin uşaqları ilə ünsiyyətinə qoyulan məhdudiyyətlər artıq götürülüb:
“Sərt karantin rejimi zamanı valideynlər övladları ilə virtual görüşürdülər. Müvafiq cihazı olmayanlar təmin olunurdu. Artıq karantin rejimi yumşaldığı üçün valideynlərin uşaqları ilə ünsiyyətdə olmasına şərait yaradırıq”.
Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir.
“Report” xəbər verir ki, Bakı Metropoliteninin stansiyaları açılışa hazırlanır.
Belə ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürülüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a açıqlamasında hazırda bu məsələ ilə bağlı hansısa qərarın olmadığını qeyd edib.
Baku TV bununla bağlı maraqlı reportaj hazırlayıb.
Son günlər ölkədə taksi xidmətlərinin vahid tarifə keçirilməsi məsələsi müzakirə edilir. Müzakirələr zamanı ekspertlər ölkədə ictimai nəqliyyatda gediş haqqının 50 qəpiyə qədər qaldırılacağına dair proqnozlar səsləndirirlər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu mövzunun gündəmdə olmadığını deyib:
“Bu gün əsas diqqət metronun fəaliyyətinin bərpa edilməsinə yönəlib. Hər kəs kimi biz də qərargahın bu istiqamətdə qəbul edəcəyi qərarları gözləyirik. Amma ictimai nəqliyyatda gediş haqqının qaldırılması məsələlərinə Tarif Şurası baxır. Qurum tərəfindən qiymət artımı haqqında isə heç bir təklif irəli sürülməyib. Ümumiyyətlə qiymət artımı ilə bağlı məsələ gündəmdə deyil”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi sonuncu brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 15-dək metronun fəaliyyətinin bərpası ilə bağlı müvafiq qərarın veriləcəyini bildirib.
Eyni zamanda onu da qeyd edək ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı metrosu sentyabrın 13-ü fəaliyyətə başlayacaq.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 15 sentyabr tarixindən Bakı şəhəri üzrə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilmişdir. Müvafiq hazırlıq və tibbi-profilaktik tədbirlərdən sonra epidemioloji vəziyyətə uyğun olaraq 1 oktyabr tarixinədək bağçaların tam açılması nəzərdə tutulur.
BŞİH-dən "Qafqazinfo"ya daxil olan məlumata görə, Uşaq bağçalarının fəaliyyəti ancaq mövcud vəziyyət nəzərə alınmaqla, müvafiq sanitar-gigiyenik normalara əməl edilməklə mümkündür. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.
Bununla əlaqədar İdarənin tabeçiliyində olan bütün bağçalarda dezinfeksiya işləri aparılıb. Bağçaların tərbiyəçiləri və texniki işçiləri bağçalarda geniş təmizlik, tibbi-profilaktik işlər görürlər. İşçi personal hazırki şəraitdə işləmək qaydaları ilə bağlı təlimatlandırılıb.
Bağçaların oyun, yataq və digər otaqlarında hazırlıq işləri aparılır. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilir. Mətbəx və sanitariya qovşaqlarına diqqət artırılacaq, burada mütəmadi dezinfeksiya işləri aparılacaqdır.
Hər bir bağçanın girişində xüsusi dezinfeksiyaedici məhlullar qoyulub. Hər gün bağçaya gələn işçi heyəti və uşaqların temperaturu ölçüləcək, tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftəsonu bütün bağçalarda tam dezinfeksiya işləri aparılacaq.
Paytaxtın uşaq bağçaları fəaliyyətə başladıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində işləyəcək, bu müəssisələrdə sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları tərəfindən həyata keçiriləcəkdir.
“Azsığorta” ASC-nin işdən çıxarılan əməkdaşı şirkəti məhkəməyə verərək 50 min manatdan çox pul tələb edib.
“Qafqazinfo”ya müraciət edən Seymur Babayev bildirib ki, 2016-cı ildən başlayaraq “Azsığorta”nın Şirvan Muğan filialının satış nümayəndəsi vəzifəsində işləyib: “2020-ci ilin yanvarında guya müqavilələri elektron informasiya sisteminə vaxtlı-vaxtında yerləşdirmədiyimə görə işdən çıxarıldım. Amma mənimlə şirkət arasında olan işəgötürmə müqaviləsində əmək öhdəliklərimdə müqavilələrin sistemə vurulması haqda heç bir şərt, bənd yoxdur. Bu, mənim öhdəliyimdə olan məsələ olmayıb. Müqavilələr ofisdə sistemə vurulurdu. Mən isə satış mütəxəssisi kimi müştəri cəlb edirdim”.
S.Babayev iddia edib ki, şirkətin dediyi nöqsanlara görə işdən azad edilməsi onun pandemiya dövründə heç bir yerdə iş tapa bilməməsinə səbəb olub: “2019-cu ilin son aylarında “Azsığorta”nın Təhlükəsizlik Xidmətinin direktoru Çingiz Məhərrəmov mənim barəmdə qeyri-qanuni yoxlamalara başladı. Qorxutmaq, qanunsuz etiraf almaq, törətmədiyim əmələ görə cəzalandırmaq məqsədilə Çingiz Məhərrəmov mənə güclü psixi iztirablar verirdi. Bundan başqa barəmdə toplanılan və aparılan yoxlama sənədləri ilə tanış olmağıma şərait yaradılmadı. Sonda əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğum vəzifədən azad edildim. Əmrin məzmununda “əmək vəzifələri üzrə yol verdiyi ciddi nöqsanlara görə” işdən çıxarılmağım qeyd olunub”.
S.Babayev əmrin ləğvi üçün məhkəməyə üz tutub, Yasamal rayon Məhkəməsi onun şikayətini təmin etməyib: “Hazırda işə Bakı Apelyasiya Məhkəməsində baxılır. Amma hakim Xəyalə Cəmilova indidən işə qərəzli yanaşır, proseslərdə “Azsığorta”nın tərəfini saxlayır, mənim çıxış etməyimə imkan vermir. Buna görə də sonuncu iclasda çıxışımı yarımçıq kəsdiyi üçün işə başqa hakimin baxması barədə məhkəmə sədrinə etiraz verdik. Mənim barəmdəki əsassız əmrin ləğv edilməsi, işə bərpa olunmağım, məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqı və vurulmuş mənəvi zərərin əvəzi kimi 50 000 ödənilməsini tələb edirəm”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramına dəstək məqsədilə kommersiya banklarının həyata keçirdiyi “Özünüməşğulluğa Dəstək Layihəsi”nə qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbulu davam edir.
Nazirlikdən verilən məlumata görə, işsiz aztəminatlı şəxslər, əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, ünvanlı sosial yardımı alanlar və həssas qruplardan olan digər şəxslər layihəyə cəlb ediləcək və onlar üçün bankların dəstəyi ilə kiçik bizneslər yaradılacaq.
Bu il ərzində layihəyə qeyd edilən kateqoriyalardan olan 1000 nəfər işsiz şəxsin cəlb edilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində aşağıda qeyd olunan fəaliyyət istiqamətləri üzrə kiçik bizneslərin qurulması üzrə aktivlər təklif edilə bilər:
1. |
Un məmulatları istehsalı (kiçik çörəkbişirmə və şirniyyat sexi) |
16. |
Tekstil məhsulları istehsalı (kiçik dərzi sexi) |
2. |
PVC qapı və pəncərə hazırlanması |
17. |
Brolyer inkubatoru |
3. |
Kişi bərbərxanası |
18. |
Qadın gözəllik salonu |
4. |
Avtoyağlama |
19. |
Avtomobil şinlərinin təmiri |
5. |
Komputer oyun salonu |
20. |
Avtoyuma |
6. |
Mebel (Kəsmə, Bant vurma, Oyma işləri) |
21. |
Avtoçilingər |
7. |
Dizayner |
22. |
Dülgər
|
8. |
Dəmirçi |
23. |
Dönərçi |
9. |
Avtotornaçı (tokar) |
24. |
Yem üyütmə xidməti (mini yem dəyirmanı) |
10. |
Parket və taxta döşəmə cilalanması |
25. |
Yun darama |
11. |
Avtoelektrik |
26. |
Naxış vurma |
12. |
Meyvə qurutma |
27. |
Təlim-tədris |
13. |
Fitnes (idman) |
28. |
Musiqiçi |
14. |
Poliqrafiya xidmətləri |
29. |
Ayaqqabı təmiri və istehsalı |
15. |
Foto xidməti |
30. |
İstixana |
Layihəyə cəlb edilmək üçün “e-sosial” portalında “Məşğulluq” altsistemində və ya aşağıda qeyd olunan e-mail ünvanlarına müraciət edilə bilər: project.dma@sosial.gov.az; mesgulluq@bbn.az mail göndərilərkən şəxsin ad, soyadı, faktiki ünvanını və əks əlaqə vasitəsi (mobil nömrə) göstərilməsi zəruridir.