İşdən çıxarıldığı şirkətdən 50 min tələb edir

“Azsığorta” ASC-nin işdən çıxarılan əməkdaşı şirkəti məhkəməyə verərək 50 min manatdan çox pul tələb edib.

“Qafqazinfo”ya müraciət edən Seymur Babayev bildirib ki, 2016-cı ildən başlayaraq “Azsığorta”nın Şirvan Muğan filialının satış nümayəndəsi vəzifəsində işləyib: “2020-ci ilin yanvarında guya müqavilələri elektron informasiya sisteminə vaxtlı-vaxtında yerləşdirmədiyimə görə işdən çıxarıldım. Amma mənimlə şirkət arasında olan işəgötürmə müqaviləsində əmək öhdəliklərimdə müqavilələrin sistemə vurulması haqda heç bir şərt, bənd yoxdur. Bu, mənim öhdəliyimdə olan məsələ olmayıb. Müqavilələr ofisdə sistemə vurulurdu. Mən isə satış mütəxəssisi kimi müştəri cəlb edirdim”.

S.Babayev iddia edib ki, şirkətin dediyi nöqsanlara görə işdən azad edilməsi onun pandemiya dövründə heç bir yerdə iş tapa bilməməsinə səbəb olub: “2019-cu ilin son aylarında “Azsığorta”nın Təhlükəsizlik Xidmətinin direktoru Çingiz Məhərrəmov mənim barəmdə qeyri-qanuni yoxlamalara başladı. Qorxutmaq, qanunsuz etiraf almaq, törətmədiyim əmələ görə cəzalandırmaq məqsədilə Çingiz Məhərrəmov mənə güclü psixi iztirablar verirdi. Bundan başqa barəmdə toplanılan və aparılan yoxlama sənədləri ilə tanış olmağıma şərait yaradılmadı. Sonda əsassız olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğum vəzifədən azad edildim. Əmrin məzmununda “əmək vəzifələri üzrə yol verdiyi ciddi nöqsanlara görə” işdən çıxarılmağım qeyd olunub”.

S.Babayev əmrin ləğvi üçün məhkəməyə üz tutub, Yasamal rayon Məhkəməsi onun şikayətini təmin etməyib: “Hazırda işə Bakı Apelyasiya Məhkəməsində baxılır. Amma hakim Xəyalə Cəmilova indidən işə qərəzli yanaşır, proseslərdə “Azsığorta”nın tərəfini saxlayır, mənim çıxış etməyimə imkan vermir. Buna görə də sonuncu iclasda çıxışımı yarımçıq kəsdiyi üçün işə başqa hakimin baxması barədə məhkəmə sədrinə etiraz verdik. Mənim barəmdəki əsassız əmrin ləğv edilməsi, işə bərpa olunmağım, məcburi iş buraxmaya görə hesablanılmış əmək haqqı və vurulmuş mənəvi zərərin əvəzi kimi 50 000 ödənilməsini tələb edirəm”.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti