Iyulun 31-i və avqustun 1-i rayonlara gediş-gəlişə icazə veriləcəkmi?

Xəbər verdiyimiz kimi iyulun 31-i və avqustun 1-i Azərbaycanda Qurban bayramı günləridir. Qurban Bayramında karantin rejimində yumşalma və ya insanların rayonlara gediş-gəlişinə icazə verilə bilərmi?
Bununla bağlı konkret.az-a danışan deputat Aydın Hüseynov bildirib ki, karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi ilə bağlı bütün səlahiyyət Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir
Bilirsiniz ki, hazırda 14 rayon və şəhərlərdə sərt karantin rejimi tədbiq edilir. Son günlər tədbiq edilən sərt karantin rejiminin müsbət nəticələrini görürük. Artıq günlük sağalma yoluxanlardan təxmini 2 dəfə çox olur.

Karantin rejimi insanların sağlamlığının qorunması və koronavirusun yayılma çoğrafiyasını məhdudlaşdırmaq üçün tədbiq edilir. Biz karantin rejiminə nə qədər əməl etsək, eyni zamanda gediş-gəliş azalarsa yoluxmanın miqyası və sayı da azalacaq. Mən hesab edirəm ki, biz karantin rejiminə nə qədər əməl etsək, qoyulan qaydaları həyat tərzimizə çevirsək bizim sağlamlığımızın xeyirinə ola bilər. Bu gün sağlamlığımızın qorunması daha çox vacibdir. Bu sadəcə müvvəqəti çətinlikdir. Bu il insanlarımız Qurban bayramını evlərində ailələri ilə birlikdə yüksək səviyyədə keçirə bilər”.

Bu gün növbəti qəbul imtahanları keçirilir

Bu gün növbəti buraxılış (qəbul) imtahanları keçirilir.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanlar respublikanın 15 şəhər və rayonunda təşkil olunur.

İmtahanlar saat 11:00-da başlanır.

Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz.

İmtahanlarda 16 052 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 88 imtahan binası, 1 241 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 88 ümumi imtahan rəhbəri, 218 imtahan rəhbəri, 1663 nəzarətçi-müəllim, 176 buraxılışı təşkil edən əməkdaş, 88 bina nümayəndəsi ayrılıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 23 iyul 2020-ci il tarixində şəhər və rayonların imtahan qrafikinə uyğun olaraq:

• 9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları;

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları (Bakı), həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.

Ağdamın işğalından 27 il ötür

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalı günüdür.
Rayonun işğalından 27 il ötür.

Belə ki, 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ərazisi 1 094 kv.km olan Ağdamın 846,8 kv.km-i, yəni 77,4%-i, bir şəhər və 80 kəndi ermənilərin əlinə keçdi, o vaxta qədər Ağdamın 1 şəhər, 124 kəndi vardı. Rayondakı 38 kolxoz-sovxozun 26-sı, 129 səhiyyə obyektinin 105-i, 108 məktəbin 74-ü, 271 mədəniyyət evinin 199-u, 24 tikinti təşkilatı, 67 idarə-müəssisə, 17 məscidin 14-ü işğal altında qaldı. Bu işğal rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurub.

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır. İşğal nəticəsində rayonun 160 min nəfər əhalisindən 143 min nəfəri öz ölkəsində məcburi köçkünə çevrilib.

Hazırda Ağdamın 204 000-dən çox əhalisi var. Onlardan 160 000-ə yaxını məcburi köçkündür.

Azərbaycanda toylar iki saatlıq keçirilə bilər

"Toylar başqa formatda keçirilə bilər. Hökm deyil ki, insanlar bir yerdə yığılsınlar. Mən hesab edirəm ki, toylar açıq şəkildə, eyni zamanda 6-7 saat deyil, 2 saat olmaqla keçirilə bilər".
Bu sözləri azərbaycanlı professor, tibb eksperti Adil Qeybulla "sonxeber.az"-a açıqlamasında deyib:

"Dünyada adət-ənənələri, streotipləri sındıran məqamlar olur. 30-40 il qabaq bizim 3 gün davam edən toylarımız olurdu. İndi yoxdur ki? Yenə də həyat davam edir. Dünyada inkişaflar var biz onlarla barışmalıyıq".
Adil Qeybulla həmçinin Azərbaycanda yasların keçirilməsindən də danışıb:

"İnsanlar bilməlidirlər ki, biz karantin rejimindəyik. Karantin rejiminin öz qaydaları var. Statistika göstərir ki virus aşkarlananların əksəri yaslarda yoluxub. İnsanlar qapalı və kondisioner olan mühitdə oturublar. Koronaviruslu bir- iki xəstənin iştirak etdiyi belə məclislərdə virus hava ilə serkulyasiya edərək bütün insanlara keçə bilib. Yasın bu qaydalarda aparılması karantin qaydaların ziddir. Biz bunu niyə belə formada aparmalıyıq ki? Gərək köhnə adət- ənənə davam etsin?"

Sabah yağış yağacaq
İyulun 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

İyulun 23-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 18-22 dərəcə  isti olacaq.

İyulun 23-də Abşeron yarımadasında sakit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda ilk dəfə pulsuz Wi-Fi və mini-barı olan dayanacaq quraşdırılıb
Azərbaycanda ilk dəfə olaraq bio-smart avtobus dayanacağı yerləşdirilib.

İsmayıllı rayon mərkəzində yerləşən dayanacaqda pulsuz “vay-fay” (Wi-Fi), tәhlükәsizlik kamerası, dezinfeksiya duşu, mini-bar (su, fanta, kola), enerji portu, USB quraşdırılıb.

Qeyd edək ki, pavilyon günәş enerjisi ilә işlәyir. 

AzTV-dən Dövlət bayrağına HƏQARƏT
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) efirində Dövlət bayrağımıza hörmətsizlik edilib.

Yenicag.az xəbər verir ki, AzTV-nin efirində “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunun tələbləri kobud şəkildə pozulub.

Məlumata görə, “Mədəniyyət” TV-nin “Mən də əsgərəm” adlı yeni layihənin təqdimatında Azərbaycanın Dövlət bayrağı parçalanmış vəziyyətdə təsvir olunub.

Adıçəkilən telekanal bu təqdimatı ilə sözügedən qanunun 9-cu maddəsinin (Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsinə dair tələblər) 3-cü bəndini pozub.

Qeyd edək ki, AzTV-nin Bədii rəhbəri Ranar Musayevdir.

Bu şəhərlərə giriş-çıxışa qoyulan qadağa götürülüb?
"Lənkəran şəhərində bilirsiniz ki, sərtləşdirilmə götürüldü. Lənkəran şəhərinin giriş və çıxışına tətbiq olunan məhdudiyyət hələ də qüvvədədir"

Demokrat.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev danışıb.

O bildirib ki, Lənkərandan digər şəhər və rayonlara çıxmaq, eyni zamanda digər şəhər və rayonlardan Lənkərana girişə icazə verilmir:

“Bunu əhali nəzərə almalıdır. Lənkəranın daxilində insanlar sərbəst hərəkət edə bilərlər. Amma Lənkəranda giriş-çıxış ilə bağlı Nazirlər Kabinetinin 178 saylı qərarı hələ də qüvvədədir. 5 inzibati ərazi – Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunun giriş-çıxışına tətbiq edilən məhdudiyyət hələ də qüvvədədir”.(parla.az)

Bakının bu ərazisində koronavirusa yoluxma rekord həddədir

Ümumi yoluxanların 56 faizinin cəmləşdiyi Bakının özündə xəstələrin sayına görə ilk üçlükdə yenə də Binəqədi, Xətai və Yasamal rayonlarıdır.
Paytaxt üzrə yoluxanların 13 faizi Binəqədi, 12 faizi Xətai, 12 faizi Yasamalda qeydə alınıb.
Sonrakı yerlərdə 11,9 faizlə Sabunçu, 9,9 faizlə Nəsimi, 8,5 faizlə Nərimanov, 8,4 faizlə Suraxanı, 7,8 faizlə Nizami, 7 faizlə Qaradağ, 4,6 faizlə Səbail, 4,5 faizlə Xəzər, 0,3 faizlə Pirallahı rayonu qərarlaşıb.

Qeyd edək ki, son statsitikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 352 yeni yoluxma faktı qeydə alınıb, 449 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.(Fed)

Hövsan Yaşayış Kompleksindən hərbi qulluqçulara 803 mənzil ayrılıb

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb.
Bu barədə “report”-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, dövlət başçısının “Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən MİDA-nın Hövsan Yaşayış Kompleksindəki 2 962 mənzilindən 803-ü hərbi qulluqçular üçün ayrılıb. Həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilib.

MİDA indiyə qədər dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1 112 mənzil ayırıb.

Xəbər lenti