![]() |
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) dekabrın 31-i axşam və yanvarın 1-də dağlıq və dağətəyi rayonlarda gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, nazirlik dağlıq və dağətəyi rayonlarda gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə diqqətli olmağı tövsiyə edib.
30 dekabr 2018-ci il tarixində saat 12 radələrində Sumqayıt şəhərində yerləşən Socar Polymer MMC-nin məşəl qurğusundan atmosferə qara tüstünün atıldığı müşahidə olunub.
Ekologiya və Təbii Sərvətlər Nazilriyindən Axar.az-a verilən xəbərə görə, nazirliyin əməkdaşları tərəfindən araşdırma aparılıb. Müəssisənin məsul şəxsləri yüksək gərginlikli elektrik xəttində qəza baş verdiyini və zavodda qurğuların dayanması nəticəsində atmosferə məşəl vasitəsilə qara tüstü atıldığını bildiriblər.
Saat 14:10-da atılmalar dayandırılıb. Hazırda ETSN-nin əməkdaşları tərəfindən ətraf mühitə təsirlərin təhlili məqsədilə araşdırmalar aparılır.
Yeni ili qış turizminin inkişaf etdiyi bölgələrimizdə keçirmək istəyənlər üçün kirayəlik evlərin qiymətlərini tərtib etmişik.
Axar.az xəbər verir ki, Qəbələdə kənd evinin günü 100 manatdan başlayır. Ona qonşu olan İsmayıllıda isə 50 manatdan başlayan qiymətlərlə münasib evlər tapa bilərsiniz.
Şəkidə isə daha ucuz şəraitinə görə 10 manatdan 100 manata qədər kirayəlik evlər var.
Qubada da kirayə evlər Qəbələ kimi bahalıdır. Burada qiymətlər 100 manatdan başlayır.
Qusarda isə həyətyanı sahəsi olan evlər 160 manatdan start götürür.
Yeni ili Quba, Şəki, Qəbələ, Qax kimi rayonlarımızda qeyd etmək istəyənlər arasında ərəb turistlərin də olduğu bildirilir.
Dünən səhərdən başlayan və dekabrın 29-da gecə saatlarında yağan qar Bakı-Şamaxı-Yevlax magistral yolunun 135-150-ci kilometrində avtomobillərin hərəkətində çətinliklər yaradıb.
Axar.az Azərtac-a istinadən xəbər verir ki, qar və qatı duman Ağsu dolaylarında nəqliyyatın hərəkətini çətinləşdirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin Ağsu rayonu üzrə sahəsinin işçiləri günorta saatlarınadək dolayların qardan təmizlənməsini başa çatdırıb. Sahə rəisi Eldar İsrafilov bildirib ki, dolaylarda qarın qalınlığı 5 santimetr təşkil edirdi. Səhər tezdən qreyder və duzsəpən maşınlarla yolların qardan təmizlənməsinə başlanılıb, avtomobillərin normal hərəkəti bərpa olunub.
Eldar İsrafilov sürücülərə zərurət olmadan, xüsusilə gecə saatlarında Ağsu dolayları ilə hərəkət etməməyi məsləhət görüb.
2018-ci il üzrə ilk 11 ayın nəticələrinə əsasən, daşınmaz əmlak bazarında 6,78 faiz artım qeydə alınıb.
Bu sözləri Axar.az-a açıqlamaslnda “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. N.İbrahimovun sözlərinə görə, torpaq sahəsi, həyət və bağ evlərinin qiyməti daha çox bahalaşıb.
O bildirib ki, təkrar mənzil bazarında 2, ilkin bazarda 3, torpaq bazarında 9, kommersiya obyektləri bazarında isə 1 faiz artım olub.
N.İbrahimov ötən 11 ayda icarə və kirayə bazarı üzrə 5 faizə yaxın, ümumi bazar üzrə 4,72 faiz artım olduğunu qeyd edib.
Baş direktor 2019-cu il üzrə daşınmaz əmlak bazarı ilə bağlı gözləntilərini də açıqlayıb:
“2019-ci ildə birinci rübündə, yəni martın sonu, aprelin əvvəlində artım gözlənilsə də, ilin ikinci yarısında artım inandırıcı deyil. Ümumi il üzrə yalnız 4-6 faiz artım olacaq”.
Növbəti sürət qatarı Bakıdan Qəbələyə olacaq.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, növbəti sürət qatarı Qəbələ və Yalamaya olacaq. Artıq Bakı-Yalama dəmir yolunun tikintisi üçün tender elan olunub. Tikintinin iki il müddətinə başa çatması nəzərdə tutulub.
"Bakı-Yalama istiqamətində tikinti digərlərindən daha möhtəşəm olacaq. Bu dəmir yolunda yeraltı və yerüstü keçidlər nəzərə alınıb, təhlükəsizlik baxımından tədbirlər görüləcək. İlkin olaraq Bakı-Qəbələ sürət qatarının istifadəyə verilməsi nəzərdə tutulub. Çünki Qəbələ stansiyası Bakı-Ləki dəmir yolunun üzərindədir. Ləkidən Qəbələyə hazırda dəmir yolunun tikintisi gedir.
2019-cu ilin axırına qədər Bakı-Qəbələ sürət qatarının işə düşməsi planlaşdırılır", - deyə C.Qurbanov vurğulayıb.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Səudiyyə Ərəbistanına yola düşüb.
A24.az-ın əldə etdiyi məlumata görə, T.Əhmədov bu gün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaxınları tərəfindən ziyarətə yola salınıb. Onun ölkənin Məkkə şəhərində yerləşən Kəbə evini ziyarət edəcəyi bildirilir.
Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc (Ümrə) ziyarətinə gedişlər başlayır. Adətən, Ümrə ziyarəti 3 günlük Mədinə, 5 günlük isə Məkkə ziyarəti ilə ümumilikdə 9 gün çəkir.
Xatırladaq ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
“Açıq qapı günü” çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.
Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.
Qax rayonuna qış fəslinin ilk qarı yağıb.
Report-un məlumatına görə, axşam saatlarından başlayan yağış gecə saatlarında qara çevrilib.
Qar əsasən, rayonun dağlıq əraziləri olan İlisu və Sarıbaş kəndlərinə yağıb. Səhər saatlarından yollarda qar və buzdan təmizləmə işləri çərçivəsində dağ kəndlərinə gedən avtomobil yollarına duz-qum qarışığı tökülüb. Magistral və digər avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində problem yaşanmaması üçün lazımı tədbirlər görülüb.
Hazırda İlisu və Sarıbaş kəndlərində qarın hündürlüyü 25-30 santimetrdir.
Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi haqqında qərar qəbul edib.
Axar.az xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Siyahının “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” bölməsinə aşağıdakı məzmunda 16-30-cu hissələr əlavə edilib:
“16. 1 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
17. 2 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
18. 3 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
19. 4 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
20. 5 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
21. 6 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
22. 7 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
23. 8 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
24. 9 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
25. 10 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
26. 11 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
27. 12 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
28. 13 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
29. 14 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi
30. 15 saylı Ərazi Maliyyə Hesablaşma
Mərkəzi”.