![]() |
|
Parlamentin bu gün keçirilən payız sessiyasının sonuncu plenar iclasında Milli Məclis dünya azərbaycanlılarına müraciət ünvanlayıb.
müraciəti vitse-spiker Bahar Muradova səsləndirib. Müraciətdə qeyd olunur ki, Azərbaycan son 1 əsrdə qərinələrə bərabər yol keçib. Azərbaycan Cənubi Qafqazın liderinə və azərbaycanlıların qürur yerinə çevrilib. Bu illər ərzində xaricdə yaşayan soydaşlarımızla Azərbaycan arasında əlaqələr daha da möhkəmlənib. Müraciətdə dünya azərbaycanlıları bir daha birliyə və həmrəyliyə çağrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şamaxı rayonunda 36 mənzilli yaşayış binasını,İmişlidə isə 54 mənzilli binanı şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Şamaxıda mənzillərin təqdim olunması tədbirində icra başçısı Tahir Məmmədov və əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli iştirak ediblər.
M.Kərimli bildirib ki, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təmin edilməsi sahəsində işlər ildən-ilə gücləndirilir:
“Dövlət başçısının 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə cari ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilməsi üçün əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Nəticədə, bu il həmin kateqoriyalardan olanlara təqdim olunan mənzillərin sayı 3 dəfə artaraq 626-ya çatıb. Bu isə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən xüsusi qayğıdan xəbər verir”.
İmişlidə keçirilən tədbirdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Hidayət Abdullayev vurğulayıb ki, sosial cəhətdən həssas əhali qruplarına daim qayğı ilə yanaşılır. O, hazırda da mühüm sosial proqramların uğurla davam etdirildiyini və daha da gücləndirildiyini diqqətə çatdırıb.
Şəhid ailələrinin müasir tələblərə uyğun yeni mənzillərlə təminatı sahəsində nazirlik tərəfindən cari ildə görülən işləri qeyd edən H.Abdullayev vurğulayıb ki, dövlət başçısının şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısı bu kateqoriyalardan olan insanların mənzillə təminatı proqramının xeyli güclənməsinə səbəb olub.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin həyat şəraitlərinin yaxşılaşdırılması üçün digər istiqamətlərdə aparılan işlərdən də bəhs edən H.Abdullayev həmçinin, bu il 265 nəfər Qarabağ müharibəsi əlilinin minik avtomobili ilə təmin olunduğunu, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdiyini bildirib.
Azərbaycanda “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmanla Əmlak Məsələləri Dövlət Komitəsinə milli məkan məlumatlarının formalaşdırılmasının, daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin, o cümlədən metaməlumatların formalaşdırılmasının təmin edilməsi məqsədilə “Milli Məkan Məlumatları” informasiya sistemini yaratmaq və həmin sistemin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün zəruri tədbirlər görmək tapşırığı verilib.
1. milli məkan məlumatlarını bu fərmanla təsdiq edilmiş “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası qaydalarına” və standartlara müvafiq olaraq elektron qaydada formalaşdırılmasını təmin etsinlər,
2. milli məkan məlumatlarının saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi məqsədilə sahibi və ya operatoru olduqları dövlət informasiya sistemlərinin və ehtiyatlarının Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasını təşkil etsinlər.
Nazirlər Kabinetinə milli məkan məlumatlarının siyahısını və təsnifatını iki ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, milli məkan məlumatlarının aero, peyk və ya digər vasitələrlə təsdiq edilməsi ilə bağlı monitorinq keçirilməsi qaydasını üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, “Milli Məkan Məlumatları” informasiya sistemi haqqında Əsasnamənin layihəsini beş ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırığı verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə milli məkan məlumatlarının ilkin mənbəyini və onları formalaşdıran aidiyyəti dövlət qurumlarının siyahısını müəyyən etmək tapşırılıb.
Misirin paytaxtı Qahirədə turitləri daşıyan avtobusa bombalı hücum olub.
“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, hadisə Giza pirmadiları bölgəsində baş verib.
Avtobusun partladılması nəticəsində 2 vyetnamlı turist ölüb, 10 nəfər isə yaralanıb.
Teraktın hansı qruplaşma tərəfindən törədildiyi bilinmir.
İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 55 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 12-si uğur qazanıb.
Ümumilikdə imtahanda iştirak üçün qeydiyyatdan keçmiş 1848 namizəddən 475-i (25,7 faiz) müvəffəqiyyət əldə edib.
Test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Növbəti müsahibə elanları dim.gov.az saytında yerləşdiriləcək.
15:26
Dekabrın 28-də günorta saatlarından başlayaraq Naxçıvan şəhərinə ilk qar yağıb.
Axar.az xəbər verir ki, qar yağması muxtar respublikanın rayonlarında da müşahidə edilib. Şahbuz və Ordubad rayonlarının dağ kəndlərinə axşam saatlarından yağan qar daha intensiv olub.
Hazırda muxtar respublikanın ərazisində soyuq və yağıntılı hava şəraiti hökm sürür.
Qeyd edək ki, ötən gün Şəki və Oğuz rayonlarına da qar yağıb.
Azərbaycan energetika nazirinə yeni müavin təyin olunub.
Report-un əldə etdiyi məlumata görə, bui vəzifəyə ADA Universitetində Xəzər enerji və ətraf mühit mərkəzinin direktoru, ictimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanova həvalə edilib.
Energetika nazirinin müşaviri Zəminə Əliyeva xəbəri təsdiq edib və bildirib ki, yeni nazir müavini bu gün kollektivə təqdim edilib.
Qeyd edək ki, yeni nazir müavini Azərbaycan Prezidenti İlham Əliyevin 20 noyabr 2018-ci il tarixli 719 nömrəli Sərəncamı ilə vəzifəsindən azad edilən Natiq Abbasovu əvəz edib.
Milli Məclis “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.
Axar.az xəbər verir ki, qanunun mahiyyətin görə, kənd təsərrüfatı sahəsində yeni kooperasiyaların yaradılması nəzərdə tutulur.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qanun layihəsi rəhbərlik etdiyi komitədə geniş müzakirə edilib və yekdilliklə dəstəklənib. Komitə sədri qanunun qəbulunu kənd təsərrüfatında inkişafa səbəb olacağını xatırladaraq həmkarlarını layihəyə səs verməyə çağırıb.
Qanun layihəsi səsə qoyularaq qəbul olunub.
İctimai Televiziya (İTV) dekabrın 31-i saat 00:00-da rebrendinq edəcək.
Axar.az televiziyanın ictimaiyyətlə əlaqələr departamentinə istinadən xəbər verir ki, İTV rebrendinq edərək tamamilə yenilənmiş siması və təzə loqosu ilə, eləcə də verilişləri, eksklüziv yayımları ilə yeni mövsümə start verəcək.
Dekabrın 28-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2018-ci il üzrə xidməti fəaliyyətin yekunlarına və yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar müşavirə keçirilib.
Xidmətdən Axar.az-a verilən məlumata görə, qurumun rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə 2018-ci ildə Xidmət tərəfindən görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib, idarə, şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib. Bildirib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi, Silahlı Qüvvələri ilə bağlı ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi işi bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti və qayğısı nəticəsində uğurla davam və inkişaf etdirilir.
Xidmət rəisi ilk növbədə Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə son illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində əldə edilən nəticələri vurğulayıb. Qurumun peşəkar kadrlarla komplektləşdirilməsi, maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində əsaslı işlər görüldüyünü vurğulayıb. Müşavirə iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq, səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini çatdırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.
Bildirilib ki, hazırda qurum tərəfindən “ASAN xidmət” mərkəzlərində beş xidmət təqdim olunur, həmçinin elektron xidmətlərin imkanları genişləndirilir. Müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçıların təyin olunduqları xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıldığı və qurumun elektron xidmətləri vasitəsilə məlumat almaq imkanlarının yaradıldığı qeyd edilib. Həmçinin il ərzində Xidmət tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbirlərin səmərəli nəticələri diqqətə çatdırılıb.
Sonra general-leytenant Arzu Rəhimov Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələlərdən danışıb.
Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov 2019-cu ildə rəhbərlik etdiyi qurum tərəfindən görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verib.
Hesabat müşavirəsində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Xidmətin şəxsi heyətini təbrik edən Xidmət rəisi əminliklə bildirib ki, qurumun hər bir əməkdaşı üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirəcək.
Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltiflər təqdim olunub.