![]() |
|
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyin Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların iştirakı ilə psixoloji işin təşkilinə dair tədbirlər keçirilib.
Vətəndaşlardan daxil olmuş çoxsaylı müraciətlər əsasında Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) yaradılan xüsusi Komissiya tərəfindən Binəqədi rayonu 6-cı mikrorayon ərazisindəki "Zeytunluq" adlanan ərazidə, Heydər Məscidinin yaxınlığında araşdırmalar aparılıb və yaşıllıq ərazisində bəzi işbazlar tərəfindən qeyri-qanuni olaraq ərazinin zəbt olunaraq hasarlanması, müxtəlif şəxslərə satılması və bəzi yerlərdə mövcud zeytun ağaclarının kəsilməsi, yaşıllıqların məhv edilməsi faktları üzə çıxarılıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədəki körpələr evi-uşaq bağçalarının vəziyyəti ilə bağlı iclas keçirib
Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının rəhbərləri ilə görüşüb. Uşaq baxçalarındakı ümumi vəziyyətin öyrənilməsi məqsədi daşıyan görüşdə bir sıra məsələlərə diqqət çəkilib. Məlumat verilib ki, Gəncədə 42 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir ki, onlardan da cəmi 8-i tam təmirlidir. Digər 34 körpələr evi-uşaq baxğasında əsaslı təmir-tikinti işlərinə ehtiyac var. Bu binalarda istilik sistemlərinin nasaz vəziyyəti, avadanlıqların köhnə olması uşaqlarla təlim-tərbiyyə işinin müasir standartlar səviyyəsində qurulmasına maneəçilik törədir. Bunlarla bərabər qida təminatı məsələsi də gündəmə çıxarılıb. Bildirilib ki, qiymətlərin münasib olmaması və vaxtaşırı ləngimələrin yaşanması körpələr evi-uşaq bağçalarında qida normasının pozulmasına gətirib çıxarır ki, bu da valideynlərin haqlı narazılığına səbəb olur. Görüşdə Gəncədə körpələr evi-uşaq bağçalarına tələbatın yüksək olduğu, lakin qrupların və pedoqoji kadrların çatışmadığı da dilə gətirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq bağçalarında işin müasir tələblər səviyyəsində qurulması üçün ilk növbədə sağlam psixoloji mühitin və valideynlərlə səmimi münasibətin formalaşdırılmasının vacibliyini vurğulayıb. Dilə gətirilən problemlərin qısa zamanda həll olunması üçün aidiyyatı qurum və şəxslərə göstərişlər verib. Səslənən bir sıra təklif isə baxılması və dəyərləndirilməsi üçün qeydiyyata alınıb.