Bakıda retro avtomobillərin yürüşü

Avqustun 26-da Bakıda klassik avtomobillərin yürüşü və sərgisi keçirilib.

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçirilən yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb.

Yürüşdə 1980-ci ilədək istehsal olunmuş 100-dən çox avtomobil iştirak edib. Onların əksəriyyəti yürüş üçün qeydiyyatdan keçmiş şəxsi avtomobillər olub. Tədbirdə Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları olan nəqliyyat vasitələri də iştirak edib.

Avtomobillər şəhərin mərkəzi küçələri ilə yürüşdən sonra Mərkəzin parkında nümayiş olunub.

Yürüş-sərgidə “Ford Model A” (1930), “QAZ M 20 Pobeda” (1958), “Mercedes Benz SL 190” (1962), “Ford Mustang” (1966), “Volvo 13134” (1966), “VAZ 21011” – milis (1973), “BMW 3.0 CS Coupe (1974), “Qaz 13”- Çayka (1975) və digər unikal avtomobil modelləri təqdim olunub. 

 

 



















 

2018–2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin zəmanət verəcəyi xarici dövlət borcalmaları üzrə “Azərbaycan Dəmir Yolları” QSC “Stadler” şirkətindən 30 ədəd sərnişin vaqonunun alınması üçün 134,8 milyon İsveçrə frankı kredit cəlb edəcək.

Ardını oxu...

Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın genişmiqysalı ictimai, siyasi, sosial fəaliyyəti Azərbaycanın inkişafına böyük töhfələr verib.

Ardını oxu...

Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Şəki Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Ardını oxu...

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında müəllimlər ilk dəfə test imtahanı verib.

Ardını oxu...

20 avqust 2018-ci il tarixində Xızı rayonunda yerləşən Yaşma ovçuluq təsərrüfatının ərazisində ov qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

Ardını oxu...

Bakıda çantalara girən qadın ələ keçib.

Ardını oxu...

Həbsdə olan bloqçu Mehman Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı verdiyi iddia ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Ardını oxu...

Bu gündən etibarən Bakı Beynəlxalq Avtovağzalında sərnişindaşımanın təşkili şöbəsinin əməkdaşları vahid uniforma geyinəcəklər.

Ardını oxu...

Xəbər lenti