“Azərsu”yu kim “ziyana” salır?

 

“Azərsu” ASC-nin 2017-ci il hesabatı ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

qurum hesabatda bildirib ki, ötən il üzrə zərəri 508 milyon 350 min manat təşkil edib. Səhmdar Cəmiyyət həmçinin zərərin 2016-cı illə müqayisədə 104 milyon 571 min manat az olduğunu qeyd edib. Rəqəmlərə görə, ötən il "Azərsu"nun 163 milyon 884 min manat cəmi gəlirinə qarşı xərcləri 668 milyon 498 min manat təşkil edib. Nəticədə 504 milyon 614 min manatlıq əməliyyat zərəri yaranıb. 3 milyon 574 min manatlıq maliyyə xərci ilə də zərər 508 milyon 350 min manata çatıb.

Qurumun cəmi aktivləri 694 milyon 439 min manat, cəmi kapitalı 61 milyon 360 min manat təşkil edib. ASC-nin kapitalı 2017-ci ildə bir il əvvəlki illə müqayisədə 300 milyon 42 min manat azalıb. Belə ki, 2016-cı ildə "Azərsu"nun kapitalı 361 milyon 780 min manat təşkil edib. 
Hesabat dövründə qurumun öhdəlikləri azalaraq, 2016-cı ildəki 970 milyon 125 min manatdan 755 milyon 799 min manata düşüb. 

 

Bu açıqlamanı iqtisadçı Natiq Cəfərli şərh edib və qurumun xərcinin niyə çox olduğunu göstərib: ““Azərsu”dan bəyan ediblər ki, suyu mayasından 2 dəfə ucuz satırlar deyə ziyanla işləyirlər. Amma bir Allahın qulu çıxıb demir ki, “Azərsu” maya dəyərini necə hesablayır?! Xəttləri büdcədən ayrılan pulla çəkirlər, “Azərsu” həm də dotasiya və vergi güzəştləri alır (vergi borcu tez-tez silinir) su da ki, havayı Kürdən axır, Qəbələ-Oğuz-Bakı kəməri ilə öz axarı ilə gəlir... “Azərsu” nədən ziyanla işləsin ki?! 

Səbəbini deyim. Mən özüm 3 il beynəlxalq layihə çərçivəsində “Azərsu”da işləmişəm, gördüyüm mənə bəs edər.

Burada 10 mindən çox işçi çalışır, çalışır deyəndə ki, bunun 2000-i işləyir, qalanları havayı maaş alır, əksəriyyət rəhbərliyin qohum-əqrabasıdır. “Azərsu”da Sədərək bazarında metri 80 qəpik olan şlanq 7 manata rəsmiləşdirilir, bir il ərzində təmir-tikinti işlərində olan yeyinti miqdarı Qızıl Ordanın Rusiyadan 300 ilə aldığı xəracdan da çox olur - bu yetim maya dəyəri şişməsin neyləsin?! 

İddia edirəm ki, Azərsuda normal, dürüst idarəetmə olsa suyun qiymətini aşağı salmaq, hətta gəlirlə işləyib büdcəyə yüklü miqdarda vergi də ödəmək olar”.

Bakıda təmizlik davam etdirilir

Bakıda şəhər rəhbərliyi tərəfindən səkilərin və hərəkət yollarının üzərində, yaşayış binalarına bitişik yerlərdə, yaşıllıq zolaqlarında, məhəllələrdə vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş yerlərin, keçid meydançalarının qeyri-qanuni olaraq zəbt olunmaqla burada inşa olunmuş müxtəlif təyinatlı tikili və obyektlərin sökülməsi, binaların fasadlarının estetik görünüşünə xələl gətirən paltar ipləri və xarici dildə yazılan yöndəmsiz reklamların çıxarılması ilə bağlı işlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, artıq 2 gündür Xətai rayonunda bu abadlıq işləri şəhər rəhbərliyi və Xətai Rayon İcra Hakimiyyəti ilə birgə aparılır. 

Görülən tədbirlər  nəticəsində Məhəmməd Hadi küçəsində, “Əhmədli” və “Həzi Aslanov” metro stansiyalarının yaxınlıqlarında  yaşıllıqların olduğu 4 ədəd torpaq sahəsinin hasarları sökülüb və ərazi təmizlənib. 

 

Həmçinin, meriyada təşkil olunmuş komissiya tərəfindən bu ərazilərdə tikilən bir sira müxtəlif təyinatlı obyektlərin sənədləri araşdırılır. Araşdırmalar nəticəsində müəyyən olunmuş pozuntuların aradan qaldırılması və lazım gələrsə tikililərin sökülməsi üçün müvafiq qaydada Məhkəməyə müraciət olunacaq. 

Əsas məqsədi paytaxtın daha da gözəlləşdirilməsi, sakinlərin sosial şəraitinin yaxşılaşdırilması, vətəndaşların istirahətinin səmərəli təşkili, onları narahat edən amillərin aradan qaldırılması olan bu tədbirlər paytaxtın digər rayonlarında da davam etdirilir. 

 







 

Səhiyyə Nazirliyinin rəsmisi maska taxmağı məsləhət görür;

Ardını oxu...

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə, sürücülərə müraciət edib.

Ardını oxu...


Yeni şəxsiyyət vəsiqəsi prezidentə təqdim olundu

Bu gün Azərbaycan Respublikası vətəndaşının biometrik göstəricilərini özündə əks etdirən bir nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi prezident İlham Əliyevə təqdim olunub.

Dövlət başçısı şəxsiyyət vəsiqəsi üçün foto çəkdirib. Prezident İlham Əliyev elektron imza qoyub. Daha sonra yeni nəsil şəxsiyyət vəsiqəsini prezident İlham Əliyevə daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev təqdim edib.

Daxili işlər naziri Ramil Usubov və iqtisadiyyat naziri Şahin Mustafayev elektron şəxsiyyət vəsiqəsinin hazırlanması və vətəndaşlara verilməsi ilə bağlı Prezident İlham Əliyevə məlumat veriblər.

 

 

 

 



 

Bu ölkəyə səfərlər vizasız olacaq

Avropa Parlamentinin Mülki Hüquqlar, Ədliyyə və Daxili Məsələlər Komitəsində Kosovo ilə viza rejimi tətbiqinə dair səsvermə keçirilib.

10 əleyhinə, 2 bitərəf və 30 lehinə səsin verildiyi səsvermədə Kosovo ilə vizasız rejimin tətbiqi ləğv edilib.

 

Nəticələr Avropa İttifaqına təqdim edildikdən sonra rəsmən qüvvəyə minəcək.

Kosovo Avropa İnteqrasiya naziri Dhurata Hoxha bildirib ki, ilin sonuna qədər vizasız səyahət başlayacaq.

Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyatı qurumların iştirakı ilə iclas keçirilib.

Ardını oxu...


ABŞ-da, Avropada dini, irqi və milli zəmində yüksələn ayrı-seçkilik fonunda, Azərbaycanda olan tolerantlıq qürurvericidir.

Ardını oxu...

Sentyabr ayına olan hava proqnozu açıqlanıb.

Ardını oxu...

Atmosfer havasında müşahidə olunan tozun miqdarında azalma qeydə alınıb.

Ardını oxu...

Xəbər lenti