![]() |
|
Bu gün saat 11:00-dan 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.
“Qafqazinfo” xəbər verir ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-da, tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da aktiv ediləcək.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.
Məktəbəhazırlıq qruplarına qəbul zamanı da üstünlük hüququ tətbiq ediləcək. Belə ki, Azərbaycan bölməsi üzrə iyulun 16-dan 30-dək Bakı və Gəncə şəhərlərində yerləşən 45, rus bölməsi üzrə isə iyulun 18-dən avqustun 1-dək Bakı və Gəncə şəhərlərində yerləşən 111 ümumi təhsil müəssisəsində prioritet tətbiq ediləcək.
Həmin müəssisələrin siyahısı mektebeqebul.edu.az saytında yerləşdiriləcək.
Xəbər verdiyimiz kimi, müdafiə nazirinin müavini-Əlahiddə Ümumqoşun ordunun komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.
“Qafqazinfo”nun məlumatına görə, artıq onun adı Müdafiə Nazirliyinin rəsmi saytından çıxarılıb.
Hazırda sözügedən saytda onun tutduğu vəzifə - müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı haqda məlumat tapmaq mümkün deyil.
Xatırladaq ki, məlumata görə, Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Əlahiddə Ümumqoşun ordunun komandanı təyin edilib.
Qeyd edək ki, K.Mustafayev 2014-cü ilin mayında sözügedən vəzifəyə təyin edilmişdi.
"Səsvermədən sonra sərbəst toplaşma üçün normalara riayət etməyən qruplaşmaların qarşısı alınacaq".
Yol-xeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının Dairə Seçki Komissiyalarının sədrləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.
O bildirib ki, mühüm tədbirin keçirilməsində Daxili İşlər Nazirliyi (DİN) öz üzərinə düşən vəzifələri böyük məsuliyyətlə həyata keçirəcək:
"DİN orqanlarının əməkdaşlarının xidməti fəaliyyət zamanı kobud davranışlara yol verməmələri, şəxslərlə ünsiyyət zamanı nöqsanlardan yayınmaları üçün zəruri tapşırıqlar veriləcək".
8 Noyabr prospektində yeraltı tunel tikilir.
Bu barədə layihənin rəhbəri Raqif İsmayılov "İTV xəbər"ə açıqlamasında deyib.
O bildirib ki, COP29-la əlaqədar ərazidə bütün qurumlar özlərinə məxsus kommunikasiya xətlərini yenidən bərpa edirlər.
Onun sözlərinə görə, işlərin növbəti ayın ortalarında yekunlaşması nəzərdə tutulub.
Ətraflı süjetdə:
General-leytenant Ragim Əhəd oğlu Lətifovun adı Fövqəladə Hallar Nazirliyinin saytında nazir müavinləri siyahısından çıxarılıb.
Oxu.az-ın məlumatına görə, R.Lətifov vəzifəsindən azad edilib.
Onun hansı səbəbdən işdən ayrılması ilə bağlı məlumat yoxdur.
Prezident İlham Əliyev "Məşğulluq haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, 3 ay ərzində Nazirlər Kabineti kvotadan əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi qaydalarını təsdiq edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə növbəti yarım il ərzində sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin kateqoriyaları üzrə faiz dərəcələrini və məqsədli proqramların həyata keçirilməsi çərçivəsində işəgötürən tərəfindən yaradılan hər iş yerinə görə iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri nəzərə alınmaqla ayrılacaq vəsaitin məbləğini təsdiq edəcək. Hər iki qurum hazırlanan sənədlər ilə bağlı ölkə Prezidentinə məlumat verəcək.
VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, qanuna edilən dəyişikliklər iş axtaran vətəndaşlarımızın özəl sektorda işlə təmin olunmaqla dövlətdən ayda minimum əməkhaqqı məbləğində, yəni 345 manat vəsait almasına imkan verəcək. Minimum əməkhaqqı artdıqca bu məbləğ də yüksələcək:
"Yeni qanun özəl sektorda dövlət hesabına daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək və dövlət İşsizlikdən Sığorta Fondunun vəsaiti hesabına özəl sektorda kvotadan əlavə 15 iş yerinin yaradılmasını dəstəkləyəcək. Praktik olaraq ilkin qiymətləndirmələrə görə təxminən 15 mindən artıq vətəndaşımızın kvotadan əlavə işlə təmin edilməsi mümkün olacaq. Bu zaman onların maaşları dövlət tərəfindən ödəniləcək və onlar özəl sektorda işə cəlb olunacaqlar.
Yeni qanun eyni zamanda, dövlət və özəl tərəfdaşlığının gücləndirilməsinə imkan verəcək, işaxtaranların daha qısa zamanda işlə təmin olunmasına şərait yaradacaq. Xüsusən də, əmək bazarında daha çox tələb olunan ixtisaslar üzrə dövlət tərəfindən maaşların ödənilməsi həyata keçiriləcək. Kvotadan əlavə iş yerlərinin yaradılması və həmin iş yerlərində çalışanlanların maaşlarının dövlət tərəfindən ödənilməsi həm özəl sektor üçün işçiləri cəlb etmək baxımından, həm də işsizlərin daha qısa zamanda işlə təmin olunması baxımından yeni bir imkandır".
"Bütövlükdə, qanun ölkəmizdə məşğulluğun daha yaxından təmin olunmasına və iş axtaranların qısa müddətdə işlə təmin olması üçün yeni imkanlar yaratmaqla əhalinin sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edəcək", - deyə V. Bayramov əlavə edib.
Bakıda "Badımcan taksi" və ya "Bakı kebləri" kimi tanınan London taksilərinin sahibsiz qaldığı məkan diqqət çəkib.
Bununla bağlı sosial şəbəkədə videogörüntü yayımlanıb.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanladıq.
Agentliyin mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, istismar müddəti bitməyən, bərpası mümkün olan və mövcud tələblərə uyğun olan nəqliyyat vasitələri mərhələli şəkildə təmir olunaraq xəttə buraxılırlar.