Azərbaycanda karantin rejimi sentyabrın 30-dək uzadıldı
Azərbaycan ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb: 

Bildirilib ki, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində həyata keçirilən preventiv tədbirlər nəticəsində, eləcə də əhalinin tətbiq olunan karantin və gigiyena qaydalarına daha ciddi və məsuliyyətli əməl etməsi, dövlət-vətəndaş həmrəyliyi  sayəsində ölkədəki sanitar-epidemioloji vəziyyət stabiləşmiş, yoluxma hallarının kəskin azalmasına nail olub

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, avqustun 5-dən sərt karantin rejiminin mövcud olduğu şəhər və rayonlarda, eləcə də, ölkə üzrə bəzi məhdudiyyətlər aradan qaldırılıb və yumşalmalar təmin edilib.

Bununla bərabər, əldə olunmuş uğurların möhkəmləndirilməsi, insanların həyat və sağlamlığının səmərəli qorunması məqsədilə, eləcə də, dünyada COVID-19 pandemiyası ilə əlaqədar vəziyyətin hələ də qeyri-qənaətbəxş olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejiminin 2020-ci il 30 sentyabr saat 00:00-dək uzadılması qərara alınıb.

Həmçinin, virusa yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılır.

Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda bəzi əlavə məhdudiyyətlər hələ davam edəcək.

Ölkə üzrə muzeylərin və sərgi zallarının fəaliyyəti ilə bağlı məhdudiyyətlər aradan qaldırılır. 

Xüsusi karantin rejiminin qaydalarına riayət etməklə və 10 nəfərədək qruplarda fərdi tədris və repetitor xidmətlərinə icazə verilir.  

Sanitar-epidemioloji vəziyyət təhlil edilərək rayonlararası gediş-gəlişin tam açılması məsələsinə təkrar baxılacaq. 

Sərt karantin rejimi mövcud olan şəhər və rayonlarda həftəsonları aşağıdakı tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərməyəcək:

5 sentyabr saat 00:00-dan 7 sentyabr saat 06:00-dək;

12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək;

19 sentyabr saat 00:00-dan 21 sentyabr saat 06:00-dək;

26 sentyabr saat 00:00-dan 28 sentyabr saat 06:00-dək.  

Virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha bütün vətəndaşlarımızı tətbiq olunmuş karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara riayət etməyə, sosial məsafə saxlamağa, tibbi maskalardan istifadə etməyə çağırırıq.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti