"Velosipedçilərə çağırış edərək bildirmək istəyirəm ki..." - Vaqif Əsədov

“Bir daha sizin vasitənizlə bildirmək istəyirəm ki, velosipedçilər də digər yol hərəkəti iştirakçıları kimi yol hərəkəti haqqında qanunun tələblərini bilməli buna uyğun hərəkət etməyə üstünlük verməlidir”

Bunu Moderator.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bu istiqamətdə müəyyən problemlərin olduğunu bildirib: 

 

 “Velosipedçilərin avtomobil yollarında etdiyi qanunsuzluqlar yolverilməzdir. Biz də sizin vasitənizlə gecə-gündüz təbliğat aparmağa çalışırıq. Bu mövzuya toxunduğunuz üçün sizə təşəkkür edirik, çox sağ olun ki, bizə dəstək olursunuz. Ən azı oxucuların arasında təbliğat işinin gücləndirilməsiylə bağlı məsələ qaldırırsınız. Bir daha sizin vasitənizlə bildirmək istəyirəm ki, velosipedçilər də digər yol hərəkəti iştirakçıları kimi yol hərəkəti haqqında qanunun tələblərini bilməli buna uyğun hərəkət etməyə üstünlük verməlidir. Velosipedçilər də nizamlayıcı vasitələrin tələbləri üzrə və onlar üçün ayrılmış ərazilərdə, eləcə də təhlükəsizliyi təmin etmək şərti ilə, həmçinin idarə etdiyi velosipedləri üzərində təhlükəsizliyi təmin etmək üçün xüsusi texniki vasitələrlə təchiz etməklə idarə etməlidir. Təəssüflər olsun ki, bu tələblər velosiped idarə edənlər tərəfindən yerinə yetirilmir və nəticədə həm sürücülər əziyyət əziyyət çəkir, həm də dövlət yol polisinin fəaliyyəti ilə bağlı müəyyən nöqsanlar üzə çıxır. 

 

Bəzən velosipedçilərin cərimələnməsi ilə bağlı cəmiyyətdə xoşagəlmız bir fikir formalaşır. Biz başa düşürük ki, velosipedçilər onlar üçün ayrılmış xüsusi zolaqla hərəkət etməlidir və onu da bilirik ki, hazırda bu zolaqlar azlıq təşkil etdiyindən, haqlı olaraq velosipedçilər tərəfindən müsbət qarşılanmır. Amma buna baxmayaraq ən azı mövcud vəziyyətə, şəraitə uyğun hərəkət edilməsinə nə deyirsiniz? Sözsüz ki,  hər bir velosipedçi təhlükəsizliyi təmin etməklə, həm özünün təhlükəsizliyini təmin edir, həm də başqalarının hərəkətinə mane olmur. Bu gün velosipedlə hərəkət edənlərin sayı çoxdur və bu yaxşı haldır, əlamətdir, ekologiyanın qorunması, süni sıxlığın qarşısının alınmasıdır, amma tələblərin düzgün yerinə yetirilməməsi velosipedçilərin vurulması ilə nəticələnir və bu da ürək ağrıdır. Bir daha velosiped idarə edənlərə çağırış edərək demək istəyirəm ki, çalışsınlar yol hərəkəti qaydalarının tələblərinə uyğun hərəkət etsinlər”.

Qeyd edək ki, Kürdəmirdə yük maşını 19 yaşlı velosipedçini vuraraq öldürüb.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti