“Pandemiyadır, kreditə maşın götürüb taksi sürürlər”

“Biz təklif edirik ki, Tarif Şurası və ya digər dövlət qurumları tariflərin müəyyən edilməsi mexanizmini hazırlasın. Yəni minimal və maksimal qiymətlər müəyyən edilməlidir. Biz demirik ki, “Koroğlu”dan 28 Maya 3 manata aparılsın, ya da hər kilometr 1 manat olsun. Biz deyirik ki, müvafiq qurumlar qiymətlərlə bağlı təkliflərini hazırlasınlar”.
 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Bakı Nəqliyyat Agentliyinin hüquq şöbəsinin müdiri Hikmət Babayev bildirib. O deyib ki, bu gün taksi sifariş etdikdə, yaxud yol kənarında dayanan taksi sürücülərinə müraciət etdikdə onların fərqli qiymətlər təklif etdiyini görərik: “Bəzi avtomobillər köhnə, hətta yararsız olur. Avtomobillərdə mövcud tərtibat qaydalara cavab vermir. Sürücülərin böyük əksəriyyəti qeyri-peşəkardır. Bunlar da taksi fəaliyyəti ilə bağlı yeni konsepsiyasının reallaşmasını labüd edir. Konsepsiyanın icrası ilə sərnişinlər üçün təhlükəsiz və keyfiyyətli taksi xidmətinə nail olmaq qarşıya məqsəd kimi qoyulub. Sürücülər üçün isə iqtisadi baxımdan müsbət addımlar atılacaq”.

Onun sözlərinə görə, bu gün bazarda fəaliyyət göstərən xarici taksi şirkətləri dövlətdə qeyri-rezident kimi qeydiyyatdan keçməyiblər: “Onlar sürücülər vasitəsilə pul qazanırlar və həmin pulu xaricə daşıyırlar. Onlar bir çox xərclərdən azad olduğu üçün qiyməti aşağı müəyyən edirlər. Onlarla mübarizə aparan yerli şirkətlər də məcburiyyət qarşısında qiymətləri süni olaraq daha da aşağı endirirlər. Bunu etməsələr, xarici şirkətlər bazarı tam ələ keçirərlər. Bu, artıq inhisarçılıqdır. Onlar bir neçə ölkədə fəaliyyət göstərdikləri üçün digər ölkələrdən də qazanc əldə edirlər. Yerli şirkətlər qiyməti endirdikdən sonra bunun çətinliyi sürücülərin üzərinə düşür. Onlar yanacağı və digər xərcləri çıxartmaq və qazanc əldə etmək üçün daha uzun müddət işləməyə məcbur olurlar. Bəzi insanlar bunu sağlam rəqabət kimi təqdim edirlər. İctimaiyyətdə belə bir fikir var ki, pandemiyadır, insanlar işləyə bilmir. Heç bir işə əli çatmayan kreditə avtomobil götürüb taksi xidməti ilə məşğul olur. Qeyri-peşəkar şəxslərin sərnişindaşıma ilə məşğul olması, sərnişinlərin təhlükəsizliyi üçün risk yaradır”.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti