“Əgər taksi ucuz qiymətə fəaliyyət göstərirsə, bunun nəyi pisdir ki? - DEPUTAT

Aidiyyatı strukturların taksi fəaliyyətinin təkmilləşdirilməsi və bu istiqamətdə tənzimlənməyə dair cəhdləri əslində normal qarşılanmalıdır. Lakin bu cəhdlərin məqsədi yalnız birtərəfli xarakter daşıyarsa, onun gətirəcəyi xeyir sosial narazılığa səbəb olacaqsa, əldə edilən 5 manat fayda əvəzinə sonradan sosial gərginliyin aradan qaldırılması üçün 15 manat xərcləyəcəyiksə, belə yenilik yolverilməzdir. Bizim dövlətin ali məqsədi insanların layiqli həyat səviyyəsinin təmin edilməsidir. Xalq – hakimiyyətin mənbəyidir, dövlətin ən vacib meyarıdır.

Bunu Etikxeber.az-a özəl açıqlamasında ixtisasca hüquqşünas olan millət vəkili Bərhuz Məhərrəmov Bakı Nəqliyyat Agentliyinin (BNA) Hüquq şöbəsinin müdiri Hikmət Babayevin taksi xidməti ilə bağlı mediada-ARB-də səsləndirdiyi fikirlərin kəskin etirazla qarşılanmasına, sosial şəbəkələrin, medianın gündəminə çevrilməsinə münasibətini bildirərkən deyib.

Qeyd edib ki, əlbəttə, atılan istənilən addımda xalqın mənafeyi üstün tutulmalıdır. Dövlət başçısının da siyasi iradəsi bu yöndədir, Prezident İlham Əliyev son 7 ayda iqtisadiyyat və insan amili arasında mürəkkəb seçim qarşısında qalanda üzərinə çox riskli və ağır bir yük götürüb, insan amilini üstün tutub, sosial məqsədlər üçün milyardlar xərclənib.

“İndi bütün yeniliyin ruhu, dəyişimin, islahatın fəlsəfəsi də elə bu yöndə olmalıdır. Əgər taksi ucuz qiymətə fəaliyyət göstərirsə, bunun nəyi pisdir ki? Bundan kim zərərə düşür ki? Taksi şirkətlərimi? Heç ağlabatan deyil, əks halda işləməzdilər, bu ölkədə heç kim zərərlə işləməyə məcbur edilmir. Əlbəttə, qazanc az ola bilər, amma sonucda vətəndaş da məmnun qalırdı, sürücü də az da olsa, evinə çörək aparırdı, şirkət də az da olsa, qazanırdı. Açığı burada müdaxiləyə ehtiyac duyulduğu qənaətini qəbul etmirəm, əksinə, bu yanaşma problemlərə yol aça bilər.

Əgər mediada yayılanlar həqiqətdirsə, BNA-nın açıqlaması mənə çox təəccüblü gəldi. Üzürü ayıbından betər. Həqiqətən anlaşılmaz şeylər baş verir. Biri karantin tədbirlərini ayaq altına atır, biri onun müdafiəsinə qalxır, biri xalqı başqa formada narazı salır. Sanki hansısa kənar qüvvədən bu ölkəni qarışdırmaq, insanları süni olaraq narazı salmaq üçün tapşırıq alıblar. Düşünürəm ki, belə həssas məqamda təmkinli olmalı, 3-5 yarıtmaz məmurun mövqeyini dövlətin mövqeyi kimi qəbul etməməliyik. Xüsusən, sosial şəbəkələrdə bu məsələdən özlərinə xal qazanmaq üçün istifadə edib, insanları qızışdıran populistlərə də meydan verməyək”-deyə, B. Məhərrəmov sözlərinə əlavə edib.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti