Yeni avtomobil sənayesinin inkişafı Azərbaycana böyük dividentlər qazandıra bilər - Ekspert RƏYİ

Azərbaycanda Hacıqabul sənaye kvartalında yerləşən avtomobil yığılması üçün "General Motors" Azərbaycan-Özbəkistan müəssisəsinin istifadəyə verilməsi ilə ixrac potensialına sahib avtomobil yığma sənayesinin güclü klasteri formalaşacaq. Ölkədə artıq Neftçala sənaye kvartalındakı "Azərmaş" zavodunda İran, Naxçıvan Muxtar Respublikasındakı "NAZ-Lifan" zavodunda Çin avtomobillərinin istehsalına başlanıb.

Mütəxəssislərin fikrincə, klasterin formalaşmasında növbəti addım məhsulların yenidən ixracı üçün AİZ mexanizmlərinin birləşdirilməsi olacaq. Postsovet ölkələrində (RF, Özbəksitan, Qazaxıstan) avtomobil yığımının lokallaşdırılması üçün effektiv sxemlər barədə ekspert rəyi alaraq material hazırlamaq tövsiyə olunur. Bu təcrübəyə əsaslanaraq Azərbaycanda komponentlərin bir hissəsinin istehsalın maya dəyərinin aşağı düşməsinə və ixrac imkanlarının artırılmasına imkan verən istehsalının lokallaşdırılması əsaslıdırmı?

Bununla bağlı Sonxeber.az-a danışan avtomobil eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycan avtomobil sənayesinin inkişaf etdirilməsi bağlı son vaxtlar çox ciddi addımlar atılmaqdadır: "Bu addımların sonuncu mərhələsi Neftçalada inşa edilən avtomobil zavodu idi. İranla Azərbaycanın müştərək avtomobil zavodudur. Burada istehsal olunan avtomobillər ictimaiyyət tərfindən müsbət qarşılanır. Kütləvi şəkildə maraq var. Alıcılıq qabiliyyəti də yüksəkdir. Bundan başqa NAZ-Lifan" avtomobil zavodu fəaliyyətə başlamışdı. Bu müəssisə Çinlə birlikdə yaradılmışdı. Artıq "General Motors" avtomobillərinin də Hacıqabulda istehsalı Azərbaycanla Özbəkistan müəssisələrinin birgə səyi nəticəsində mümkün olacaq.
Bundan başqa Ələt iqtisadi zonsı cənab prezidentin tapşırığı ilə yaradılıb. Bu zonada da gələcək böyük avtomobil sənayesinin inkişafından danışılır. Artıq proqnozlar da verilir. Düşünürəm ki, bunlar gələcəkdə Azərbaycan avtomobil sənayesinin inkişafında böyük rol oynayacaq. Amma avtomobil sənayesinin inkişafı ayrı-ayrı ölkələrdən hansısa detalların gətirilib . Azərbaycanda yığılıb hazır şəkildə təqdim edilməsindən ibarət olmamalıdır".
Elməddin Muradlı qeyd edib ki, Azərbaycan özü hansısa avtomobilin istehsalının 25-30 faizini istehsal etməlidir:
"Yəni detallar və müəyyən elementləri özləri hazırlayanda artıq bu Azərbaycanın yerli istehsalı olur. Qardaş Türkiyədə bu tendensiya 50, Rusiyada 100 faiz təşkil edir. Azərbaycan isə buna yeni-yeni başladığı üçün müəyyən işartılar var. Gələcəkdə bunu genişləndirmək olar. Ələt iqtisadi zonası gələcəkdə Azərbaycanın avtomobil ixracatçısı kimi potsovet məkanda əvəzsiz xidmətlər göstərə bilər. Eyni zamanda avtomobillərin ikinci əl satışında Gürcüstanı üstələyə bilər. Azərbaycan ticarət tranziti olması danılmaz faktdır. Bu sahədə təəssüf ki, biz Gürcüstanı üstələyə bilməmişik. Əksinə bizim ikinci əl avtomobil bazarımız Gürcüstan hesabına formalaşır.
Gələcəkdə Azərbaycan həm quru, həm də su yolu ilə müxtəlif ölkələrə ikinci əl avtomobillərin gətirilib satılmasını təşkil edə bilər. Təbii ki, bu böyük iqtisadi potensial deməkdir. Yeni avtomobil sənayesinin və ikinci əl avtomobil bazarının inkişafı Azərbaycan üçün böyük dividentlər qazandıra bilər. Bunun üçün müəyyın imkanlar yaradılmalıdır. Sahibkarların da müəyyən təklifləri ola bilər.

Hansı ki, onlar Azərbaycanda ikinci əl avtomobil bazarını xarici ölkələrdən özləri də formalaşdıra bilirlər. Onlar avtomobilləri üçüncüb ölkəyə də sata bilərlər.
Gələcəkdə bundan yararlanmaq olar. Necə ki, Gürcüstan bunu öz ölkəsində yaradıb. Ondan da daha gözəl şərait yaradıb Azərbaycanın inkişafına dəstək olmaq mümkündür. Amma bu gün arzuolunan əsas məsələ Azərbaycanın özünün milli brendini gələcəkdə formalaşdırmasıdır. Bu milli brend dünya ölkələrinə satıla bilsin. Bu gün Azərbaycan maşınqayırma sahəsindəki məhsullarına bir çox ölkələrdə maraq var.

Çünki Azərbaycanın bu istiqamətdə böyük təcrübəsi olub. Bu təcrübəni böyüdüb, genişləndirmək olar. Azərbaycan dövlətinin bu istiqamətdə maraqları ortadadır. Bu maraqlar da məhz bu sahənin inkişafına yönəlib. Sadəcə tutarlı layihələr ortaya qoyulmalıdır. Bununla da biz böyük avtomobil sənayesinin şahidi ola bilərik".

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti