Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər
Azərbaycanda koronavirusa görə tətbiq olunan karantin rejimində mərhələli şəkildə yumşalmalarla bağlı Operativ Qərargah tərəfindən qərarlar verilməkdədir. Sonuncu qərara əsasən sentyabrın 8-dən kafe və restoranlar əvvəlki qaydada fəaliyyət göstərəcəklər. Bundan əlavə şəxsi avtomobillə rayonlara gediş-gəliş bərpa olunub. Növbəti yumşalmada iri ticarət mərkəzləri, “Mallar”ı açıla bilərmi?

Bununla bağlı KONKRET.az-a danışan deputat Ramil Həsən bildirib ki, cənab İlham Əliyevin verdiyi operativ və xüsusi təlimatlar nəticəsində koronavirusla bağlı əldə etdiyi müsbət nəticəyə görə Azərbaycan ilkin yerləri tutmaqdadır:

“Əlbəttə ki, sevindirici haldır ki, həyata keçirilən qabaqlayıcı tədbirlər nəticə etibarı ilə müəyyən təsirləri göstərməkdədir. Bu müsbət nəticələri nəzərə alan Operativ Qərargah karantin rejimində müəyyən hissə-hissə yumşalmalara getməkdədir. Koronavirusun dünyadan silinmədiyi müddət çərçivəsində yavaş-yavaş normal həyatımıza qayıdılması üçün müəyyən addımlar atılmaqdadır. Ən doğru atılan addımlar ondan ibarətdir ki, proseslər tədricən, hissə-hissə baş verməkdədir. Bunda da əsas məqsəd insanlarımızın alışması, ciddi təhlükə ilə üz-üzə qalmamasıdır. Əvvəl 5 nəfərin açıq havada gəzməsinə icazə verilirdisə, artıq bu rəqəm 10-a qaldırılıb. Kafe və restoranlar da əvvəlki qaydada işləyəcəklər. Bütün bu atılan addımlar vətəndaşlarımızın təhlükəsizliyini həyata keçirmək üçündür. Vətəndaşlarımız nə qədər çox məsuliyyətli olarsa, bu iri ticarət mərkəzlərinin, idman salonlarının və digər qapalı yerlərdə fəaliyyət göstərən müəssisələrin tez açılmasına gətirib çıxara bilər. Bu müəssisələrin fəaliyyətə başlaması tək Operativ Qərargahdan asılı deyil. Həm də vətəndaşlarımızın qoyulan qaydalara və verilən tövsiyələrə əməl etməsindən asılıdır”.

 

Ramil Həsən fikrini belə tamamlayıb:

“Dəyərli vətəndaşlarımıza deputat kimi məsləhətim odur ki, qoyulan qaydalara bundan sonra da əməl etsinlər ki, müsbət tendensiya davam etsin. Ölüm halları ümumiyyətlə olmasın, yoluxanların sayı azalsın, sağalanlar isə çoxalsın. Belə olan halda da iri ticarət mərkəzləri, “Mallar” və digər qapalı məkanlarda fəaliyyət göstərən müəssisələr fəaliyyətə başlaya bilər”.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti