Rayonlara gedən bu sürücülər cərimələnəcək
Daxili İşlər Nazirliyi Bakıya giriş-çıxışa sərbəst icazə verildikdən sonra kütləvi sərnişindaşımaya necə nəzarət olunması ilə bağlı məsələyə aydınlıq gətirib.

DİN Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qeydi-qanuni sərnişindaşımaya statsionar postlarda və inzibati ərazilərin daxilində nəzarət olunacaq: “Avtobuslarla qanunsuz sərnişin daşınması məsələsi ilə bağlı bildirirəm ki, bizim rayonlararası yollarda kifayət qədər stasionar postlarımız var. Yəni şərt deyil ki, konkret karantin postunda sərnişindaşımaya nəzarət olunsun. Bildiyiniz kimi, sərnişin nəqliyyatının, yəni avtobus və mikroavtobusların hərəkətinə yalnız avtovağzallardan icazə verilir. Hər bir avtovağzal da hansısa rayon, yaxud şəhərin daxilindədir, onlara da nəzarət bilavasitə daxildə edilməlidir. Amma ola bilsin ki, hansısa sürücünün ətraf qəsəbələrdən, yaxud ayrı-ayrı məhəllələrdən sərnişin götürüb qeyri-qanuni daşıma ilə məşğul olduğu aşkarlanarsa, həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar. Vətəndaşlar taksilərin fəaliyyətindən istifadə edə bilərlər.

Avtobusların hərəkəti ilə bağlı isə ola bilər ki, yaxın vaxtlarda bu məsələyə yenidən baxılsın və ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərar qəbul edilsin. Hər halda hər şey vətəndaşlarımızın pandemiya dövründə infeksiyanın yayılmasının qarşısının alınması üçün tələb edilən qaydalara, yəni tibbi maskaların istifadə, ara məsafəsinin qorunması kimi çətin olmayan, lakin çox vacib prosedurların nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Hər kəs ən azından özünü qoruya bilsə, yoluxmanın sayı azalar və qüvvədə olan digər məhdudiyyətlər də tezliklə götürülər”.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti