"Sərt karantindən əvvəlki yoluxma statistikasına nəzərən hazırda vəziyyət daha müsbətdir. Lakin yumuşaldılmaya tez bir zamanda keçilməsi yoluxmanın yenidən artmasına səbəb ola bilər. Yoluxmalar iki rəqəmliyə düşərsə, karantindən çıxışa baxıla bilər".

Redaktor.az xəbər verir ki, bu sözləri həkim-infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, hazırda Avropa ölkələrində virusun yeni mutasiyaya uğrayan formasına görə yenidən sərt karantin qaydaları tətbiq edilir:

"Virusun yeni forması qonşu ölkələrdə də müşahidə olunur. Nəzərə almalıyıq ki, təhlükə hər zaman var. Hazırki ölüm hallarına nəzər salsaq, görərik ki, onların bir çoxu yanaşı xəstəlikləri olan, yaxud yaşı çox olan xəstələrdir. Buna görə də sərt karantin tədbirləri mərhələli şəkildə aradan qaldırılmalıdı. Bu zaman yaşı 65 yaşdan yuxarı olan insanlar hələ özünü təcrid etməyə davam etməlidir. Statistikanın 50%-i Bakı şəhərində olan yoluxma hallarından ibarətdir, düşünürəm ki, Bakı şəhərinə giriş-çıxışlar da bir müddət bağlı qalsa, daha yaxşı olar. 

Virusun tamamilə aradan qalxması üçün insanların böyük əksəriyyəti vaksinasiya olunmalıdır. Əgər bu proses tam olmasa, cəmiyyət arasında virus məhv olmayacaq. Normal həyatımıza qayıtmaq istəyiriksə, vaksinasiya prosesində hər kəs iştirak etməlidir".

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti