Azərbaycan Dəmir Yollarında yeni və müasir kitabxana açıldı

Azərbaycan Dəmir Yolları QSC (ADY) nəzdində işçilərin peşəkar inkişafı və bilik səviyyəsinin artırılması məqsədilə müasir kitabxana istifadəyə verilib. Yol-xeber.az" xəbər verir ki, Bu kitabxana dəmir yollarının tarixi, mühəndislik, texnologiyalar, psixologiya, incəsənət, lüğətlər, ensiklopediyalar və klassik Azərbaycan ədəbiyyatının inciləri daxil olmaqla geniş kitab kolleksiyası ilə zəngin məlumat mənbəyidir. Kitabxanada Azərbaycan, rus, ingilis və türk dillərində ümumilikdə 4 mindən çox kitab var.

Yeni kitabxana ADY-də yalnız bilik əldə etmək deyil, həm də qiraət və bilikləri paylaşmaq mədəniyyətini təşviq edir. Bu məkan tarixin müxtəlif dövrlərinə aid qiymətli materiallarla əməkdaşların peşəkar və şəxsi inkişafına töhfə vermək məqsədini daşıyır.

Qeyd edək ki, əməkdaşlar üçün kitabxanaya kitab hədiyyə edərək bu bilik mənbəyinə töhfə vermək imkanı da yaradılıb. Beləliklə, hər kəs öz ianəsi ilə kitabxananın kolleksiyasını daha da zənginləşdirərək komanda ruhunun yüksəldilməsini fərqli formada dəstəkləyə bilər. ADY kollektivinin şəxsi və peşəkar inkişafını dəstəkləyən bu kitabxana bilikləri dərinləşdirmək, yeni baxış tərzləri formalaşdırmaq və yaradıcı ideyaların ortaya çıxmasına ilham vermək üçün əvəzsiz bir resursdur.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti