Heydər Əliyev və müstəqil Azərbaycan
Tarixdə böyük şəxsiyyətlərin rolu əvəzolunmazdır və onlar tarixi proseslərə ciddi şəkildə təsir göstərmək imkanına malik olublar. Və o xalq xoşbəxtdir ki, onun tarixi liderləri böhranlı vəziyyətlərdə böyük addımlar ataraq ox xalqını, öz millətini xilas edə biliblər. Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyev də adı belə liderlərlə bir cərgədə çəkilən tarixi şəxsiyyətdir.  Vəfatının 21-ci ildönümündə Ulu Öndərin xatirəsini bir daha dərin ehtiramla yad edirik.
Siyasi fəaliyyətinin bütün dönəmlərində Heydər Əliyev xalqa bağlı olduğunu, ümummilli maraqları hər zaman uca tutduğunu dəfələrlə sübut etmişdir. Bu baxımdan Heydər Əliyevin həm sovet dövründə, həm müstəqillik illərində Azərbaycana rəhbərliyi zamanı həyata keçirdiyi fəaliyyət hər zaman istinad edəcəyəmiz, öyrənəcəyimiz bir siyasi irsdir. Məhz bu irsin nəticəsi olaraq bu gün Azərbaycan müstəqil və qüdrətli dövlətdir.
Biz respublikamızın müasir tarixini həm də Heydər Əliyev epoxası kimi səciyyələndiririk. 55 il əvvəl başlanan bu epoxa Azərbaycana bir dövlət olaraq lazım olan hər şeyi bəxş edib. 1969-cu ildə Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbər seçilməsi tarixə respublikamızın yüksəlişinin əsasının qoyulması  kimi daxil olub. Heydər Əliyevin o illərdə respublikamıza rəhbərliyinin nəticəsi olaraq Azərbaycan keçmiş ittifaqın geridə qalmış aqrar respublikasından inkişaf etmiş sənaye respublikasına çevrildi. Həmin illər ərzində respublikamızda xeyli sayda böyük sənaye müəssisələri yaradıldı, kənd təsərrüfatında yüksək inkişaf baş verdi, çoxlu sayda ali məktəblər açıldı. Eləcə də, yeni, savadlı, intellektual ziyalı nəsli formalaşdı, azərbaycanlı gənclərin oxumaq üçün keçmiş ittifaqın nüfuzlu ali məktəblərinə göndərilməsi milli kadrların sayını artırdı.
Ulu Öndər sovet ideoloji xəttinin hakim olduğu bir dövrdə milli-mənəvi dəyərlərimizin itməsinə, yadlaşmasına imkan vermədi, Azərbaycan dilinin Konstitusiyada təsbit edilməsinə nail oldu. O dövrdə ziyalılar, yaradıcı insanlar  milli ruhda əsərlər yazmağa başladılar. Çünki Heydər Əliyev onları qoruyurdu. Bütün bunlar özünəqayıdışın nümunələri idi.
Bütövlükdə, Heydər Əliyev  milli özünüdərkə xidmət edən elə bir fəaliyyət həyata keçirdi ki, bu, xalqımızın sovet dövr tarixinin mühüm hadisəsi kimi xalqımızın siyasi-ictimai baxışlarında böyük rol oynadı.
Heydər Əliyev heç bir vəzifədə çalışmadığı dövrdə, daha sonra Naxçıvanda fəaliyyət göstərdiyi illərdə də Azərbaycanın dövlətçilik tarixində mühüm yeri olan bir fəaliyyət nümunəsi ortaya qoydu. Ulu Öndərimizin müstəqilliyimiz uğrunda gedən mübarizədəki tarixi xidmətləri bu baxımdan xüsusi qeyd edilməlidir. Bu mübarizənin əsas hadisələrindən biri 1990-cı ildə Naxçıvanda üçrəngli bayrağımızın ucaldılması idi.
Ümumiyyətlə, Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi 1991-1993-cü illərdə Bakıda hakimiyyətdə olmuş siyasi dairələr -  Mütəllibov iqtidarı və onu əvəz edən AXC-Müsavat hakimiyyəti həmişə çalışırdılar ki, Heydər Əliyevə mane olsunlar, müxtəlif vasitələrlə hakimiyyətdən uzaqlaşdırsınlar. Ancaq, nail ola  bilmədilər. Çünki xalq Heydər Əliyevi inam və qətiyyətlə müdafiə edirdi. 1992-ci ilin oktyabr ayının 24-də Bakıdakı rəhbərlərindən tapşırıq almış Naxçıvan cəbhəçiləri Heydər Əliyevi Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən uzaqlaşdırmaq üçün çevrilişə cəhd etmişdilər. Həmin vaxt Bakıdakı AXC-Müsavat iqtidarı Naxçıvana təyyarə ilə hərbi qüvvə göndərməyə çalışmışdı. Lakin onların bu çevriliş cəhdi iflasa uğradı. Xalq Naxçıvandakı qanuni hakimiyyəti, Heydər Əliyevi müdafiə üçün ayağa qalxmış və heç bir silah işlətmədən çevrilişn qarşısı alınmışdı. Naxçıvan əhalisi Bakıdan təyyarə ilə Heydər Əliyevin üzərinə göndərilən hərbi qüvvələrin hava limanına enişinin qarşısını almaq üçün “canlı sədd” yaratmışdı. Bu, Heydər Əliyev  siyasəti ilə xalqın vəhdəti, birliyi, liderin təntənəsi idi. Xalqın gücü qarşısında aciz qalan AXC-Müsavat iqtidarı Naxçıvanda geri çəkilməyə məcbur olmuşdu. Bu, xalqın öz liderinə dəstəyinin bariz nümunəsi idi.
1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması Azərbaycan xalqının məhz Heydər Əliyevə olan inamının göstəricisi idi. Xalqımız əmin ki, Heydər Əliyev özünün siyasi təcrübəsi ilə Azərbaycanı düşdüyü problemlərdən xilas edə bilər. 1993-cü ilin iyun ayında xalqın təkidli istəyi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev respublikamızı düşdüyü ağır böhranlı vəziyyətdən xilas etməklə ona bəslənən bütün ümidləri və inamı lider qətiyyəti ilə doğrultdu.
Ümummilli Liderimizin xalqın istək və arzusu ilə siyasi hakimiyyətə qayıdışı milli müstəqil dövlətimizin həyatında dönüş nöqtəsi idi. Ona görə Heydər Əliyevin hakimiyyətə qayıtması böyük hadisə olmaqla Azərbaycan üçün ümummilli baxımdan ciddi nəticələr verdi, müstəqilliyimizin əbədi və dönməz olmasında çox mühüm və əhəmiyyətli rol oynadı. Bu qayıdış milli müstəqilliyimizin əbədiliyinin təminatına çevrildi.
Ulu Öndər Heydər Əliyev həm də müstəqil dövlətimizin təməl prinsiplərini yaratdı. Bu təməl prinsipləri müasir çağırışlara uyğun olaraq müəyyən yeniliklərə məruz qalsa da, onun nüvəsi dəyişməzdir. Çünki bu prinsiplər dövlətçiliyimizin təməl prinsipləridir və onu heç kim təftiş edə bilməz. Azərbaycançılıq ideologiyası, qanunçuluq, hakimiyyətin mənbəyinin xalq olması, vətəndaş həmrəyliyi dövlətimizin əbədi təməl prinsipləridir.
Bütövlükdə, bugünkü müstəqil və güclü Azərbaycan dövləti Heydər Əliyev siyasətinin təntənəsidir. Azərbaycan xalqı məhz Ulu Öndər Heydər Əliyevin sayəsində müstəqil dövlətə sahib oldu. Heydər Əliyev siyasəti, Ulu Öndərin siyasi yolu bu gün Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir. Ötən 21 ildə Azərbaycanın qazandığı bütün uğurlar bunu təsdiq edir. Bu illər ərzində Azərbaycan regionun lider və aparıcı dövlətinə çevrilib, iqtisadiyyatımız inkişaf edib, insanların sosial rifahı əhəmiyyətli dərəcədə yüksəlib.
Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyada bu gün qalib dövlət kimi tanınır. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, ərazilərimizdə erməni separatçılığının məhv olunması tariximizin şərəfli səhifələridir. Bununla Prezident İlham Əliyev Ulu Öndərin vəsiyyətini layiqincə yerinə yetirdi.
Ölkəmizin qazandığı uğurlar, Azərbaycanın tarixinin ən qüdrətli dövlətinə çevrilməsi göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndər Heydər Əliyevin ideyaları və arzuları həyata vəsiqə alır.
14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti