“Odur, bax, taksi, min, get!”

Bu məşhur ifadə “Əhməd haradadır” filmində rəhmətlik Əliağa Ağayevin kiçik fraqmentdə yaratdığı tarixi səhnədir. O vaxt Azərbaycanda və xüsusən Bakı küçələrində taksi xidməti göstərən maşınlara çox rast gəlinməsə də, bu gün taksilərin göbələk kimi sürətlə artdığı müşahidə olunur. Ancaq keyfiyyət olduqca aşağı, hətta bərbaddır.

Axar.az xəbər verir ki, sərnişin şikayətinin çox olduğu, narazılıq yaradan, sosial şəbəkələrdə tez-tez adı pis şəkildə hallanan taksi şirkətləri az deyil.

Benzin iyi verən taksi xidməti göstərən maşınlar

Şikayətlərin qısa şəkildə leytomitivini çatdıraq ki, adıçəkilən taksi firmaları əvvəlcə qiymətdə spekulyasiya edirlər. Bundan başqa, qeyd edilən ünvana gəlməmək, gəlib geri qayıtmaq, sərnişindən əlavə pul tələb etmək kimi hallar da müşahidə edilir. Buna natəmiz, bir çox hallarda isə benzin iyi gələn avtomobillərlə xidmət göstərmək də daxildir.

Bu kimi hallada əsasən sərnişinlər taksi şirkətinin müştəri xidmətlərinə müraciət edərək, şikayətlərini bildirirlər. Lakin göz qabağındadır ki, şirkətin özünə edilən şikayətlər nəticə vermir.

Pərakəndə formada xidmət göstərən taksi xidmətləri

Məsələni şərh edən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Azərbaycanda taksi fəaliyyəti ilə bağlı vahid standart, qayda tətbiq edilməyib:

“Bu sahə bir qədər pərakəndə formada formalaşıb. Bu da həm cəmiyyət üçün, həm də şirkətlərin özü üçün faydalı deyil. Bu baxımdan düşünürəm ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər üçün vahid standart tətbiq edilməlidir.

Bakıda və bölgələrdə də Naxçıvan modeli tətbiq olunsa, yaxşı olar. Məsələn, Naxçıvanda olduqca ucuz, konfortlu taksi xidmətləri fəaliyyət göstərir ki, sürücülər olduqca səliqəli və mədənidir. Naxçıvandakı taksi şirkəti modeli brendə çevrilib və bunu bütün ölkədə tətbiq etmək olar.

Son günlər Bakıdakı taksi şirkətlərinin sürücüləri ilə bağlı həddən artıq şikayətlər olur. Xüsusilə də maşından benzin iyi gəlməsi, sürücünün geyimi, sükan arxasında siqaret çəkməsi, ünvana gəlməkdən imtina etmək, bir çox hallarda kobud rəftarla bağlı narazılıqlar eşidirik. Təkcə bu şikayətlər kifayət edir ki, artıq ciddi addımlar atılsın bu istiqamətdə”.

Narkoman, içkili və həbs yaşamış taksi sürücüləri

Ekspert bildirib ki, BNA rəhbərliyi bu istiqamətdə gözəl bir təklif irəli sürülmüşdü. Lakin o təklifin həyata keçirilməsi çox vaxt aparacaq:

“Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli təklif vermişdi ki, gələcəkdə taksi sürücüləri ilə bağlı baza fomalaşdırılacaq. O bazada da taksi fəaliyyəti ilə məşğul olanların əlaqə nömrələri, maşın nömrələri qeyd olunacaq və maşından istifadədən sonra həmin sürücü barədə o bazada rəy bildirmək mümkün olacaq. Bunun əsasında da sürücünün gələcək taleyi həll olunacaq. Vüsal müəllimin bu ideyası olduqca yaxşı ideyadır və bir çoxları da bunu yüksək qiymətləndirir. Ancaq bu, çox vaxtaparan bir şeydir. Bu proses işə salınana qədər vətəndaşların taksi xidmətlərinə inamı ölər. Hələlik vətəndaş məmnuniyyəti nəzərə alınaraq bir iş görülməlidir.

Əlimiz çatan sistemi tətbiq etməliyik. Məsələn, taksi sürücüləri işə götürülərkən onlarla fərdi söhbət aparılmalıdır, onun barəsində hər şey ətraflı öyrənilməlidir. İnsanlar var ki, dəfələrlə məhkum olub və bu gün maşın sürməyi bacardığı üçün taksi xidməti göstərir. Bu, qətiyyən yolverilməzdir”.

E.Muradlının sözlərinə görə, bu gün taksi sürücüləri arasında narkoman, içki düşkünü və dəfələrlə həbs həyatı yaşayan şəxslər var:

“Gedin 20 Yanvar dairəsində dayanan taksi sürücülərini müşahidə edin. Aralarında narkoman, qolları doğram-doğram olan, dəfələrlə məhkum olunmuş, içki iyi verən taksi sürücüləri var. Hətta bu yaxınlarda öyrəndim ki, həm lal, həm də kar olan bir şəxsi taksi şirkətlərindən biri işə götürüb. Lal və kar bir şəxs necə taksi sürücüsü ola bilər, bu şəxs necə fərqlənmə nişanı ala bilər? Deməli, şirkət Bakı Nəqliyyat Agentliyindən toplu şəkildə fərqlənmə nişanı alır, sonra da paylayır sürücülərə. Elə bunun nəticəsidir ki, bu gün taksi xidməti ilə məşğul olan şirkətlərin göstəriciləri çox aşağıdır”.

Ünsiyyət belə olmalıdır...

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, hər bir şirkət taksi sürücüsü kimi götürdüyü şəxsin həm mənəvi, həm fiziki xüsusiyyətlərini nəzərə almalıdır. Ən azı bilməlidir, işçi qəbul edəndə kimi qəbul edir:

“Bundan başqa, sözügedən qanunvericilikdə o da qeyd olunub ki, işə qəbul edilməmişdən əvvəl sürücü sərnişinlərlə etik davranış qaydaları, ərazinin küçə-yol şəbəkəsini tanımaqla bağlı xüsusi kurs keçməlidir. Bundan başqa, şirkət işçiləri də onları təlimatlandırmalıdır. Sürücü sükan arxasına əyləşməzdən öncə nələrin etik normalara uyğun olmadığını yaxşı bilməlidir. Məsələn, dünyanın hər yerində sürücülərə təlimat verilir ki, sürücülərlə artıq ünsiyyət qurmasınlar. Ünsiyyət sadəcə belə ola bilər: Hara gedirsiniz? Harada dayanım? Məbləğ nə qədərdir? Düzdür, əlavə danışıq qadağan deyil, ancaq məsləhət də deyil”.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti