“Nar” 4-7 dekabr tarixlərində keçiriləcək 24-cü “BakuTel-2018” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində iştirak edəcək. Mobil operator hər il olduğu kimi bu il də ənənəvi keçirilən sərgidə özünün ən son yeniliklərini nümayiş etdirəcək.

Axar.az xəbər verir ki, dörd gün ərzində davam edəcək sərgidə “Nar” Azərbaycan telekommunikasiya bazarında ilk dəfə tətbiq etdiyi, istənilən məkanda və vaxtda smartfonlarda 100-ə qədər seçilmiş yerli, regional və beynəlxalq televiziya kanallarına giriş imkanı verən Nar TV tətbiqini, 4G şəbəkəsinin əhatə etdiyi hər yerdə 30-dan artıq cihazı eyni anda internetə qoşa bilən naqilsiz Nar Wi-Fi ruterini təqdim edəcək. “Nar” stendinin ziyarətçiləri Nar TV tətbiqi və “Nar Wi-Fi ruteri ilə əyani tanış olmaqla yanaşı, ilk dəfə sınaqdan da keçirə biləcəklər.

Sərgi iştirakçıları eyni zamanda ölkədaxili danışıq dəqiqələri ilə bol internetin daxil olduğu 6 müxtəlif “Full” paketləri haqqında məlumatlar alacaq. Qonaqlar virtual reallıq oyunu vasitəsilə “Nar” 4G sürətini hiss edə biləcəklər.

Sərgi günlərində “Nar” stendində texnoloji yeniliklərlə yanaşı, əyləncəli yarışlar, müsabiqələr, maraqlı oyunlar da keçiriləcək. Sərginin keçiriləcəyi günlərdə “Nar” stendinə yaxınlaşan insanlar müxtəlif hədiyyələr əldə etməklə yanaşı, müsabiqədə iştirak edib müasir smartfon - “Samsung Galaxy Note 9” qazana bilərlər. Qeyd edək ki, müsabiqənin qalibi sərginin sonuncu günü elan ediləcək.

Mobil operator hər kəsi 4-7 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 24-cü beynəlxalq “BakuTel-2018” -Telekommunikasiya və informasiya texnologiyaları sərgisindəki “Nar” stendinə dəvət edir.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni əhatə edir (işğal olunmuş ərazilər istisna olmaqla) və 7300-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ

Xəbər lenti