2014-cü ilindən etibarən Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində işləmək üçün direktorları ilk dəfə olaraq bir neçə mərhələli müsabiqə ilə seçməyə başladı. Əlbəttə, ümumilikdə bu müsabiqəni müsbət adlandırmaq olar, ancaq seçim üçün 3 aylıq təlim, test və müsahibə kifayət deyil.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov bu il ərzində məktəb direktorları ilə bağlı mediada yazıların dərc edilməsi, direktorlar barədə polisə, hətta məhkəməyə müraciət edilməsi və buna gətirib çıxaran səbəblər barədə danışarkən deyib.

O bildirib ki, 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan bəzi şəxslər bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib:

“Direktorların seçilməsi üçün keçirilən müsabiqədə boşluqlar var. Onlara təqdim edilmiş suallar iddiaçıların psixoloji durumunu yoxlamağa imkan vermir. Sizə statistik məlumatlar deyim: Bakı üzrə 317 məktəbdən 70-a yaxınının direktoru müsabiqə yolu ilə seçilib. Azərbaycan üzrə isə 4500 məktəbdən cəmi 340-a yaxınının direktoru bu müsabiqə ilə təyin olunub. 4500 rəqəminin yanında bu, çox aşağı rəqəmdir.

Təəssüf ki, 10, 20, 25, 30 il direktor vəzifəsində çalışan şəxslər var ki, onlar bu müddət ərzində təhsilə yox, yalnız özlərinə xidmət edib, məktəblərdə qeyri-şəffaf mühit yaradıblar. Onların yerinə gələn təzə direktorlar isə bu mühitdə çalışa bilmirlər. Çünki köhnə qaydaları öyrənən kollektiv yenilik gətirmək istəyən şəxsi qəbul etmək istəmir”.

Ekspert hesab edir ki, məktəb direktorunun bu vəzifəni tutması üçün onun imtahandan keçməsi kifayət etmir:

“Test mərhələsində təqdim edilmiş suallar tam şəkildə təhsilin miqyasını əhatə etmir. Düşünürəm ki, imtahan prosesini daha da təkmilləşdirmək, müsabiqə və müsahibədən uğurla keçənləri təlimlərə cəlb etmək, ardınca peşəkar direktorların yanına direktor müşaviri kimi təyin etmək lazımdır. Bundan sonra onların təyinatını həyata keçirmək olar. Çünki təcrübəsiz şəxslərin adi test yolu ilə qəbul edilməsi daha ciddi fəsadlara yol aça bilər”.

K.Əsədov bildirib ki, hazırda hətta yeni qaydalarla direktor vəzifəsinə qəbul edilən şəxslər də təhsil müəssisəsində özlərini şah, xan kimi aparırlar:

“Sanki onların qeyri-məhdud səlahiyyətləri var. Amma real vəziyyət odur ki, onların bir çoxunun təhsil qanunvericiliyindən, məktəb idarəetməsindən, təhsil standartları və strategiyasından xəbəri yoxdur. Onlar yalnız müsabiqə və müsahibə zamanı əzbərçilik yolu ilə uğur əldə ediblər. Bir çoxları isə müsahibə zamanı özlərini aktyorluğa qoyub uğur qazananlardır.

Hesab edirəm ki, hər bir direktorun tədris ilinin sonunda çalışdığı məktəbin müəllim və şagird heyəti tərəfindən anonim məmnunluq sorğusunu keçirmək, bundan sonra onun növbəti ildə fəaliyyəti barədə düşünmək lazımdır”.

14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ

Xəbər lenti