Müştərilərinə geniş seçim imkanı vermək, onların rahatlığını təmin etmək üçün Azercell Telekom MMC yeni konsepsiyalı satış və xidmət mərkəzlərinin sayını artırmağa davam edir.

 

Axar.az xəbər verir ki, dekabr ayının 5-ində, yeni il ərəfəsində “Azercell” Sabirabad şəhəri, Heydər Əliyev pr. 60 ünvanında müştərilər üçün yeni mağazasını istifadəyə verdi. Mağazada abunəçilər müştəri xidmətlərində edilən əksər əməliyyatları, mobil nömrələr üzrə ödəmələri həyata keçirə və istədikləri mobil cihazları nəğd və ya kredit şəklində əldə edə bilərlər. Düzgün cihaz seçimi etməkdə, xidmətləri aktivləşdirməkdə və digər məsələlərdə müştərilərə peşəkar satıcılar dəstək olacaqlar. Digər eksklüziv mağazalarda olduğu kimi, "Azercell" Sabirabad şəhərindəki müştəriləri üçün də açılış gününə özəl xüsusi kampaniya keçirir. Belə ki, dekabr ayının 5-indən etibarən 7 gün müddətində Sabirabad Azercell Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri "Azercell" nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq.

Qeyd edək ki, "Azercell"in Eksklüziv mağazaları Bakı (Tbilisi pr., 44C, Bülbül pr., 5, Qara Qarayev pr., 30\42, m. 52, Bəxtiyar Vahabzad küç., 556/57, Cavadxan küçəsi, 3005), Xırdalan (Heydər Əliyev pr., Mehdi Hüseyin küç., 54), Mərdəkan (Mərdəkan qəs., S.Yesenin küç., 92/2, m.30), Xaçmaz (Nəriman Nərimanov küç., 40), Salyan (Heydər Əliyev küç., 105), Quba (Heydər Əliyev pr., 194 və Qələbə küç., 12), Sumqayıt (11-ci Mkr., Koroğlu və Üzeyir Hacıbəyov küçələrinin kəsişməsi), Şamaxı (Ağamirzəli Əhmədov küç., 1), Bərdə (İsmət Qayıbov küç., 8), Gəncə (Heydər Əliyev prospekti, 149), Beyləqan (Sərdar İmrəliyev küç. 265), Ağcabədi (Ü. Hacıbəyli pr., 68) və Qazaxda (Firuddin Şamoyev küçəsi, 1A) abunəçilərin ixtiyarına verilib.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi
08 May 2025 Nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək - RƏSMİ
08 May 2025 Sabah 30 dərəcə isti oIacaq

Xəbər lenti