Həmkarım Qüdrət Həsənquliyevin bəzi rayonlarda, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin aradan qaldırılmasına dair çağırışını birmənalı olaraq dəstəkləyirəm.

Bu sözləri Axar.az-a BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktubundakı fikirlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, Azərbaycanda qız uşaqlarının təhsildən kənarda qalması bu gün gündəmdə olan ən vacib problemlər sırasındadır:

“Həqiqətən də sözügedən problemin həlli ilə bağlı tapşırıqların verilməsi və bu istiqamətdə addımların atılması olduqca mühümdür. Çünki hüzr yerlərinə gedən insanlara modern dünyanın tərəflərini çatdırmaq şərtdir. Burada insanların çoxu keçmiş rəvayətləri xatırlamaqla baş vermiş hadisələrdən heç də ibrət götürmürlər. İnsanlar üçün əsas olan bu gün onların düzgün istiqamətləndirilməsi və cəmiyyətə mütərəqqi fikirlərin ötürülməsidir. Hesab edirəm ki, həmkarım da həmin məsələni məhz bu kontekstdə qaldırıb”.

Deputat qızların təhsil almaları istiqamətində atılmalı olan addımları da müsbət qiymətləndirib:

“Hesab edirəm ki, din xadimləri məclislərdə rəvayətlər danışmaq əvəzinə qızların təhsil almalarını və qadın hüquqlarını təşviq etməlidir. Bu addımların atılması qısa zamanda müsbət nəticələr verə bilər”.

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb. Məktubda deputat Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin “Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” fikirlərinin onu dərindən sarsıtdığını bildirib.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti