İnsan faktorunu minimuma endirmək, şəffaflığı təmin etmək məqsədilə BNA tam avtomatlaşdırılmış qanunsuz parklanmaya intellektual nəzarət sistemi yaradıb.

Axar.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması ilə bağlı xüsusi proqram təminatı olan planşetlər vasitəsi ilə dayanma və durma qaydalarını pozan sürücülərə qarşı inzibati tədbirlərin görülməsi təmin edilib.

Sistemin əsas komponenti olan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (kameralar) quraşdırılması işləri isə intensiv şəkildə davam etdirilir. Həmçinin, intellektual nəzarət sistemindəki mövcud kameraların işi daha da təkmilləşdirilir.

BNA-dan bildirilib ki, artıq sistemə daxil olan kameraların olduğu küçə və prospektlərdə sürücülər nəqliyyat vasitələrini qadağan edilən yerdə park etdikləri zaman bu xəta dərhal qeydə alınır və qayda pozuntusunu təsdiq edən 4 ədəd fotoşəkil çəkilir. Sistemin digər bir özəlliyi isə qayda pozuntusuna dair video qeydiyyatın aparılması ilə bağlıdır. Bu da öz növbəsində, mübahisələndirmə halları olacağı təqdirdə qayda pozuntusunu sübuta yetirmək baxımından əhəmiyyətlidir.

Artıq paytaxtın əksər küçə və prospektlərində, xüsusən də hərəkətin intensiv olduğu, eyni zamanda, günün pik saatlarında sıxlıq müşahidə edilən yollarda qanunsuz parklanmaya nəzarət sistemləri fəaliyyət göstərir.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti