“Tibbi sığorta haqqında” qanuna dəyişikliklər qəbul edilib.

Axar.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan yeni təkliflər xidmətlər zərfinin baza hissəsi üzrə təqvim ili üçün adambaşına 29 manat sığorta haqqının ödənilməsini nəzərdə tutur.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə təklif edilən ödənişlər kateqoriyalardan asılı olaraq dəyişir.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə Milli Məclis, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təyin olunan şəxslər, həmçinin seçkili ödənişli vəzifədə işləyən şəxslər üçün sığortalı tərəfindən hesablanmış əməyin ödənişi fondunun 2 faizi, sığortaolunan tərəfindən işçinin əməkhaqqının 2 faizi qədər sığorta haqqı təklif edilir.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə eyni sığorta haqqı məbləği neft-qaz sahəsində fəaliyyət göstərən və dövlət sektoruna aid edilən sığortalılarda Əmək Məcəlləsinə uyğun olaraq, bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən, işləyən şəxslərə də aid edilməsi təklif edilir.

İşləməyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hallarda - 18 yaşınadək şəxslər, peşə, orta ixtisas və ya ali təhsil müəssisələrində əyani təhsil alan 23 yaşınadək Azərbaycan vətəndaşları, əmək pensiyası alan, sosial müavinət almaq hüququna malik olub əmək qabiliyyəti olmayan şəxslər, ünvanlı sosial yardım alan ailənin üzvləri, hamilə qadınlar, doğuşdan sonrakı dövr üçün ödənişli sosial məzuniyyətdə olan qadınlar, qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar üçün xidmətlər zərfinin əlavə hissəsi üzrə illik ödənişin adambaşına 120 manat olması təklif edilib.

Layihəyə görə, icbari tibbi sığortanın maliyyə mənbələri icbari tibbi sığorta haqları, dövlət büdcəsinin vəsaiti, subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər, icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi nəticəsində əldə edilən gəlirlər, “İcbari sığortalar haqqında” nəzərdə tutulmuş təqvim haqqından ayırmalar, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nətiəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda nəzərdə tutulmuş sığorta haqqından ayırmalar, “Qrant haqqında” qanuna uyğun verilən qrantlar, ianələr və yardımlar, azadolma məbləği və bu qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən və hesablanmış faizlərdən daxilolmalardır.

Deputat Vahid Əhmədov həmkarlarını layihəyə müzakirəsiz səs verməyə dəvət edib:

“Bu qanunu çoxdan gözləyirdik. Qanunun qəbulu və 2020-ci ildən işləməsi böyük hadisədir. Gəlin, layihəni qəbul edək, lazım gəlsə, sonrakı iclaslarda dəyişiklik edərik”.

Elmira Axundova isə deyib ki, qanun bir neçə il əvvəl hazırlanıb və yeni qanun layihəsini qəbul etməyə ehtiyac var.

İcbari Tibbi Qığorta Agentliyinin direktoru Zaur Əliyev də parlamentdə çıxış edib. O deyib ki, artıq Azərbaycanın 3 rayonunda pilot layihə keçirilib:

“Pilot dövründə müsbət nəticələr əldə olunub. Pilot layihə olduğuna görə, həkim və tibb bacılarının əmək haqlarına əlavələr etdik. Hazırda pilot layihədə elə həkimlərimiz var ki, 5-6 min manat əmək haqqı alır. Orta tibb işçilərinin də əmək haqqında artım olub. Əməliyyatların sayı 52 faiz artıb”.

Zaur Əliyev əlavə edib ki, pilot layihəsi zamanı daha çox ürək-damar xəstəliklərinə dair müraciətlər alıb. Onun sözlərinə görə, layihənin həyata keçirildiyi regionlarda ölüm hallarının sayı azalıb.

Dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

14 May 2025 Ən çox “Green Card” udan Türk ölkəsi - Azərbaycanın sıradakı yeri - SİYAHI
14 May 2025 ŞAD XƏBƏR: Bu şəxslərə pulsuz ev veriləcək - TARİX AÇIQLANDI
14 May 2025 itələrin kəsişdiyi Azərbaycan Dəmiryol Muzeyi.
14 May 2025 “Melissa Group”un rəhbəri həbsdən buraxıldı
14 May 2025 Nazirin yüksək vəzifə verdiyi Leylalar kimdir? - DOSYE
14 May 2025 Qeydiyyata necə düşək? - Cərimələnə bilərsiniz...
14 May 2025 Biləcəridə ağaclar kütləvi şəkildə niyə qırılır? - AÇIQLAMA
13 May 2025 "Son zəng"lə bağlı XƏBƏRDARLIQ
13 May 2025 Sumqayıtda “Bayraktar” istehsal ediləcək
13 May 2025 Bakı metrosunda məsafəyə görə gedişhaqqı... - AÇIQLAMA
13 May 2025 1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
12 May 2025 Mayın 13-də 28 dərəcə isti olacaq
12 May 2025 Albert Aqarunov Şuşada - Foto
12 May 2025 Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
12 May 2025 Bakıda 17 istiqamətdə sıxlıq var - SİYAHI
10 May 2025 DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib
10 May 2025 Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
09 May 2025 Böyükşor-Pirşağı yolunun bir hissəsində hərəkət bir-neçə saatlıq məhdudlaşdırılacaq MƏLUMAT
08 May 2025 ADY dəmir yollarında təhlükəsizlik qaydalarının məktəb illərindən öyrədilməsini dəstəkləyir
08 May 2025 Pensiyalar ödənildi

Xəbər lenti