![]() |
|
2023-cü ilin noyabr ayında Qəzza zolağında 3 israilli girov ölməsi böyük ehtimalla İsrail ordusunun onların olduğu rayona zərbə endirməsi ilə əlaqədar olub.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) məlumatında deyilir.
Bildirilib ki, sözügedən məsələ ilə bağlı istintaq yekunlaşıb və nəticələri sentyabrın 15-də həlak olanların yaxınlarına təqdim edilib.
“İstintaqın nəticəsi 2023-cü il noyabrın 10-da HƏMAS-ın Şimal Briqadasının komandiri Əhməd əl-Qandurun öldürülməsi ilə nəticələnən hava hücumu zamanı hər üç şəxsin ölməsi ehtimalının yüksək olduğunu göstərir”, - bəyanatda deyilir.
Qeyd edək ki, sentyabrın 10-da İsrail televiziyasının “12-ci kanal”ı İsrail ordusunun endirdiyi zərbə nəticəsində üç girovun - Nik Beyser, Ron Şerman və Elia Toledanonun öldüyü barədə informasiya yayıb və bu barədə məlumat İsrail ordusu tərəfindən aylarla gizlədilib.
Ordu isə bu iddiaları təkzib etmiş, istintaqın hələ yekunlaşmadığını açıqlamışdı.
Türkiyə ordusu Suriya və İraqda əməliyyat keçirib.
“Bu barədə Türkiyə Milli Müdafiə nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Türkiyə ordusu əməliyyatlar çərçivəsində 3 terrorçunu zərərsizləşdirib.
Suriyanın şimalında “Fərat Qalxanı” bölgəsində aşkarlanan 2 PKK/YPG, İraqın şimalında isə “Pəncə Kilid” əməliyyatı bölgəsində aşkarlanan 1 PKK terrorçusu zərərsizləşdirilib.
İsrail hərbçiləri Qəzza bölgəsinin Beyt-Xanun şəhərində radikal Fələstin HƏMAS hərəkatının silahlı qanadının qərargahına zərbə endirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Qeyd edilir ki, qərargah Beyt-Xanunda "Raazi eş-Şua" məktəbi kimi istifadə olunan kompleksin daxilində yerləşdirilib və HƏMAS-ın nəzarət və idarəetmə mərkəzi kimi tanınır.
Bura həmçinin İsrail müdafiə qüvvələrinə və dövlətin özünün ərazisinə qarşı raket hücumlarının planlaşdırılması və həyata keçirilməsi üçün əməliyyat sığınacağı kimi istifadə olunub.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynanın nəzarətinə qaytarılması ilə bağlı bəyanatına münasibət bildirib.
Bu barədə “Kommersant” xəbər verir.
Peskovun sözlərinə görə, Rusiya və Türkiyə bu məsələdə tamamilə razılaşmırlar, lakin Rusiya tərəfi öz mövqeyini Türkiyə tərəfinə çatdırmaqda davam edir:
“Eyni zamanda, türkiyəli dostlarımıza və həmkarlarımıza öz nöqteyi-nəzərimizi, mövqeyimizi izah etməyə davam etmək üçün məqsədyönlü cəhdlərdən əl çəkmirik. Ümid edirik ki, bu, zaman keçdikcə Ankaraya bizi daha yaxşı başa düşməyə, arqumentlərimizi daha yaxşı qiymətləndirməyə və razılaşmağa imkan verəcək”.
Xatırladaq ki, sentyabrın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində bildirmişdi ki, Krımın Ukraynaya qaytarılması beynəlxalq hüquq tələb edir və Rusiya-Ukrayna münaqişəsinə Ukraynanın suverenliyi əsasında son qoyulmalıdır.
44 günlük müharibədən sonra Ermənistanda böyük miqdarda silah-sursat yoxa çıxıb.
Bunu baş nazir Nikol Paşinyan hökumətinin iclasında bəyan edib.
Paşinyan əlavə edib ki, bu mövzu bir neçə dəfə müzakirə edilib. "Məsələ hətta Təhlükəsizlik Şurasında da müzakirə olunub".
O əlavə edib ki, bu məslənin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərinə tapşırıq verib.
Paşinyan onu da bildirib ki, qeyri-qanuni silahların axtarışı ilə bağlı metodologiyaya yenidən baxılmalıdır. "İstifadə etdiyimiz metodologiya artıq yeni çağırışlara cavab vermir", - o vurğulayıb.
İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Mircave rayonunda naməlum silahlı şəxslərin sərhədçiləri atəşə tutması nəticəsində 3 İran əsgəri həyatını itirib.
Bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, Pakistan sərhədindəki Mircave rayonunda avtomobildə olan naməlum şəxslər sərhədçilərin maşınına atəş açıb.
Atəş nəticəsində biri leytenant olmaqla 3 İran əsgəri şəhid olub, 1 mülki vətəndaş yaralanıb.
Ermənistanın Meğri yolunun (Zəngəzur dəhlizi) bağlanması məsələsini müzakirə etməkdən imtina etməklə, həm regional logistika inteqrasiyası perspektivini pozur, həm də Rusiya və İranın regionda təsirini gücləndirir.
Bunu keçmiş separatçı Samvel Babayan öz məqaləsində yazıb.
Babayanın fikrincə, Ermənistanın Meğri yolundan (Zəngəzur dəhlizindən-red) imtina etməsi nəticəsində Gürcüstan Çin, Rusiya, Mərkəzi Asiya və Azərbaycanı Türkiyə ilə birləşdirən quru əlaqəni təmin edən əsas regional tranzit ölkə olaraq qalacaq.
Babayan hesab edir ki, Ermənistan Meqri yolunu açarsa, o zaman Gürcüstan tranzit gəlirlərinin əhəmiyyətli hissəsini itirəcək.
ABŞ Venesuelanın bir qrup rəsmi şəxsinə sanksiya tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, yeni sanksiya Prezident Nikolas Maduronun komandasından 16 şəxsə şamil edilib.
Sanksiya siyahısına daxil edilənlər arasında Milli Seçki Şurası, Ali Ədliyyə Tribunalı və Milli Assambleyanın rəhbərlərinin adları da var. Sanksiya ABŞ-ın bu ilin iyulunda Venesuelada keçirilmiş prezident seçkilərinin nəticələrini tanımaması ilə bağlıdır.
Türkiyənin Təkirdağ şəhərinin Malkara rayonunda ailəsi tərəfindən xəstəxanaya aparılan 2 yaşlı Sıla Yeniçərinin beyin qanaması, bədənində hematomalar olduğu və təcavüzə məruz qaldığı müəyyən edilib.
Bu barədə “Hürriyyet” nəşri yazı dərc edib.
Ölkənin Ailə Sosial Xidmətlər Nazirliyi əvvəlcə uşağın öldüyünü açıqlasa da, daha sonra onun intubasiya edildiyini bildirib:
“Hadisə polis bölmələrinə bildirildikdən sonra şəhər polisi dərhal hərəkətə keçdi. Şübhəlilər həbs edilib, körpənin qardaşı dövlət himayəsinə götürülüb və psixososial dəstək işlərinə başlanılıb. Biz iş prosesini yaxından izləyəcəyik və cinayətkarların ən ağır cəzanı almasını təmin edəcəyik”.
O da bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb. İstintaq çərçivəsində körpənin anası Bakiyə Yeniçeri, onun vətəndaş nikahında yaşadığı əri Ö.Şanlı, 13 və 14 yaşlı qonşu uşaqları, qonşusu Kani A. həbs edilib.
Məlumata görə qızcığazın anası məsələdən xəbərdar olduğunu, lakin bunun üstüörtülü qalmasının ən doğru yol olduğunu açıqlayıb.
Qeyd edək ki, hadisənin üstü avqustun 2-də ailənin azyaşlını Malkara Dövlət Xəstəxanasına gətirdiyi zaman açılıb.
Yıxılma nəticəsində qançırları olan və xəsarət aldığı bildirilən körpə ikinci müayinə üçün xəstəxanaya aparılıb. Uşağın huşsuz vəziyyətdə olduğunu və bədənindəki şiddət izlərini görən həkimlər vəziyyəti polisə bildirib.
Xatırladaq ki, son günlər Narin Güran adlı 8 yaşlı azyaşlının müəmmalı qətli də Türkiyənin gündəmindədir.(Qafqazinfo)
“Miss Switzerland 2007” gözəllik müsabiqəsinin finalçısı, məşhur model Kristina Yoksimoviçin qətliamının təfərrüatları məlum olub.
"Bu barədə "The New York Post" məlumat yayıb.
38 yaşlı Yoksimoviçin parçalanmış qalıqları fevral ayında evində tapılıb. Qətldə əsas şübhəli onun əri Tomas bilinir.
O, əvvəlcə artıq həyat əlamətləri olmayan bir qadın cəsədi ilə rastlaşdığını və panikadan camaşırxanada onu parçaladığını iddia edib.
Mart ayında Tomas hələ də cinayəti etiraf etməyib, lakin bildirib ki, Yoksimoviç əvvəlcə ona bıçaqla hücum edib və o, yalnız özünümüdafiə məqsədilə hərəkət edib. Məhkəmə-tibbi ekspertizası onun ifadəsini təkzib edib.
Polis Joksimoviçin dekupaj, bağ qayçısı və bıçaqla parçalandığını müəyyən edib. Kişi onun bədəninin bir neçə hissəsini blenderdə əzib və sonra kimyəvi məhlulda həll edib.
Məlum olub ki, Tomas əvvəllər də həyat yoldaşına qarşı zorakılıq edib. Məhkəmədə həmin adam empatiya göstərə bilməyən soyuqqanlı bir insan kimi təsvir edilib.
Yoksimoviç "Miss Northwest Switzerland" tacını qazanıb və "Miss Switzerland" finalından sonra moda nümayişlərinə model hazırlamaq üçün biznes layihəsi açıb. 2013-cü ildə o, Kainat gözəli müsabiqəsində model Dominik Rinderknextə mentorluq edib. Ondan iki qızı yadigar qalıb.(Publika.az)