![]() |
|
Varşava Avropanın ən güclü ordusunun yaradılması prosesindədir və artıq müdafiə xərclərinə görə NATO standartını keçib.
Publika.az "Do Rzeczy"a istinadla xəbər verir ki, bunu Polşanın baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşak deyib .
Nazirdən soruşublar ki, Polşa ordusu hazırda Avropanın ən güclü ordusudur, yoxsa belə olacaq?
"Biz edəcəyik, amma xarici mətbuatda artıq oxuya bilərsiniz ki, biz Avropanın ən güclü ordusunu qururuq", - deyə Blaşçak cavab verib.
O vurğulayıb ki, indi ölkə qoşunları həmişəkindən daha güclüdür və gələcəkdə daha da güclənəcək.
Blaşçak xatırladıb ki, Polşa 2022-ci ildə “Patriot” zenit-raket kompleksinin (SAM) ilk batareyalarını və Türkiyə istehsalı "Bayraktar" pilotsuz təyyarələrini alıb. 2023-cü ildə Varşava "Abrams" tanklarının, HIMARS çoxlu buraxılış raket sistemlərinin (MLRS), təyyarələrin və helikopterlərin təhvil verilməsini gözləyir.
2022-ci ilin dekabrında Polşa ordusunun təlim üçün könüllüləri cəlb etməyə başlayacağı bildirildi. Təlimlərdə 15 yaşdan 65 yaşa qədər vətəndaşlar iştirak edə biləcəklər.
Blaşçakın sözlərinə görə, əsas məqsəd mümkün qədər çox insanı ordu ilə bağlı ilkin bacarıqlara öyrətməkdir.
2023-cü ildə müharibədə işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə Ukraynanın hücum mərhələsi başlanır.
Axar.az xəbər verir ki, bu fikri Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov söyləyib.
“2023-cü il hücum müharibəsi kimi xarakterizə olunacaq”, - deyə o bildirib.
Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu şahzadə Harri xatirələrində Əfqanıstanda xidməti vəzifəsini yerinə yetirərkən 25 nəfəri qətlə yetirdiyini etiraf edib.
“The Telegraph” qəzeti xəbər verir ki, şahzadə Harri bu barədə 10 yanvarda rəflərdə olacaq “Ehtiyat” adlı xatirə kitabında yazıb.
O, kitabda 25 nəfəri 2007-2008 və 2012-2013-cü illər arasında öldürdüyünü qeyd edib.
Harri kitabında zərərsizləşdirdiyi üsyançıları “yaxşıları öldürmədən aradan götürülən pislər” adlandırıb.
“İlk gündən etibarən məqsədim Talibana və sadəcə Talibana yaxın yerlərdə mülki vətəndaşlara atəş açıb-açmadığım mövzusunda şübhə duymadan yuxuya gedə bilmək idi. İngiltərəyə bütün üzvlərimlə qayıtmaq istəyirdim, amma ən çox da vicdanım pozulmadan evə qayıtmaq istəyirdim”,- deyə o əlavə edib.
Şahzadə həmçinin adam öldürdüyünə görə utanc hiss etmədiyini söyləyib.
Qeyd edək ki, Şahzadə Harri 1997-ci ildə Parisdə faciəvi avtomobil qəzasında həlak olan Uels şahzadəsi Diana ilə hazırkı İngiltərə kralı III Çarlzın kiçik oğludur.
Rusiya mətbuatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2022-ci ilin ən uğurlu siyasətçisi seçib.
Onun seçilməsinə səbəb Rusiya-Ukrayna müharibəsində vasitəçilik roludur.
Rusiyanın aparıcı qəzetlərindən biri olan “Kommersant” Türkiyə Prezidentini əvəzolunmaz adlandırıb:
“Ərdoğan 2022-ci ildə dünyanın ən uğurlu siyasətçisi adlandırıla bilər, çünki o, xüsusi hərbi əməliyyat başlayandan bəri münaqişə tərəfləri arasında demək olar ki, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayıb”.
İranın Rusiyaya raket tədarükü Tehrana qarşı bütün mövcud təzyiq alətlərindən istifadəyə səbəb olacaq.
Bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba BƏƏ mediasına müsahibəsində deyib.
“İran Rusiyanın şəhərlərimizi vurması üçün ona dronlar verir. Həmçinin eşitmişik ki, Rusiya və İran müəyyən növ raketlərin alınması ilə bağlı danışıqlar aparır. Diqqətlə bu prosesi izləyirik. Bu, İranın keçməməsi gərəkdiyi qırmızı xətt olacaq. Əks halda, İranın bunu dayandırması üçün təzyiq alətlərindən istifadə ediləcək”, - deyə XİN rəhbəri bildirib.
Ukrayna ordusunun Donetskin Makeyevkaya zərbəsi nəticəsində xeyli sayda rus hərbçisi öldürülüb. Rusiya yalnız 89-nun öldüyünü rəsmi şəkildə etiraf edib
Ukrayna ordusu Donetskin Makeyevkaya zərbəsi nəticəsində hərbi səfərbərliyə çağırılan iki yüzə yaxın hərbçisi ölüb və yaralanıb.
“Lenta.ru”nun verdiyi xəbərə görə, Ukrayna Silahlı Qüvvələri Donetsk yaxınlığındakı Makeyevkaya səfərbərliyə çağrılan hərbçilərin yerləşdiyi peşə məktəbinə HİMARS raket zərbəsi endirib.
Rusiya Müdafiə Nazirliyi alay komandirinin müavini polkovnik-leytenant Baçurin də daxil olmaqla 89 hərbçinin həlak olduğu etiraf edilib.
Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarə rəisinin birinci müavini general-leytenantı Sergey Sevryukov “Lenta.ru”ya bildirib ki, Donetskin Makeyevka şəhərində baş vermiş faciəyə görə məsuliyyət daşıyan məmurlar istintaqdan sonra cavab verəcəklər. Onun sözlərinə görə, Rusiya hərbçiləri gələcəkdə belə halların təkrarlanmaması üçün hazırda bütün lazımi tədbirləri görür.
Yaralanan hərbçilər Rusiyanın digər bölgələrinə köçürülüb. Samaradan səfərbərliyə çağrılanlar 70-dək hərbçi isə müalicə olunmaq üçün evlərinə göndəriləcək.
Digər bir məlumata görə, hərbçilər mobil telefondan istifadə etdikləri üçün yerləri müəyyən olunub. Əlavə olaraq bununla bağlı məsul şəxslər barədə araşdırılma aparılır.
Rusiya tərəfinin hadisəyə geniş miqyasda reaksiyası irəli sürülən “400 hərbçi ölüb” ehtimalını daha da artırır.
İranın Ali Rəhbəri Əli Xameneyi ölkədə yaranan hicab qalmaqalı fonunda sözügedən məsələ ilə bağlı mövqeyini açıqlayıb.
O, hicabla saçlarını tam örtməyən qadınların dinsiz olmadığı söyləyib.
“Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır. Hicab İslamdan doğan zəruri şəri məsələdir və şəriətin vacib buyurduğu hökmdür. Hicabın vacibliyinə dair heç bir şək və şübhə yoxdur. Bunu hamı bilməlidir ki, hicab şəriətin vacib buyurduğu əmrdir və buna riyayət edilməlidir. Amma hicab taxmayanları dinsizlikdə və inqilab düşməni olmaqda ittiham etmək olmaz”, - deyə Xameneyi bildirib.
Ekspertlər hesab edir ki, onun bu çıxışı ilə hökumətin hicabla bağlı mövqeyinin yumşaldığını göstərir.
Prezident çıxış edərkən nazirin pilləkəndə əyləşməsi diqqət çəkib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan liderlik etdiyi Ədalət və İnkişaf Partiyasıməm (AKP) qrup toplantısında çıxışı zamanı bir çox maraqlı anlar yaşanıb.
Onlardan biri isə daxili işlər naziri Süleyman Soylunun salondakı pilləkəndə əyləşməsi olub. Onun üçün xüsusi yer ayrılmasına baxmayaraq, bu addımı atması, müzakirələrə yol açıb.
Fransa səfiri İran XİN-ə çağırılıb.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani məlumat verib.
Kənani bildirib ki, Fransa nəşrinin nüfuz, müqəddəslik, dini və milli dəyərləri təhqir edən hərəkətindən sonra Fransanın İran İslam Respublikasındakı səfiri bu gün axşam saatlarında Xarici İşlər Nazirliyinə çağırılıb.
Kənani İran tərəfin kəskin etirazını Fransa hökumətinə çatdırdığını bildirərək əlavə edib: “İran İslam Respublikası onun islami, dini və milli müqəddəsliklərinin təhqir edilməsini qəbul etmir və Fransanın söz azadlığı bəhanəsi ilə digər müsəlman ölkələrinin və xalqlarının müqəddəsliklərini təhqir etməyə haqqı yoxdur.”
Kənani İran İslam Respublikasının mütənasib cavab vermək hüququnu özündə saxladığını bildirərək, bununla bağlı ölkəsinin Xarici İşlər Nazirliyinin rəsmi etiraz notasını Fransa səfirinə təqdim etdiyini bildirib.
“İran İslam Respublikası Fransa nəşrinin qəbuledilməz davranışını pisləmək üçün Fransa hökumətinin izahatını və təzminat xarakterli cavabını gözləyir“, - sözçü qeyd edib.
Qeyd edək ki, məşhur fransız satirik jurnalı "Charlie Hebdo" İranın Ali Rəhbəri Əli Xameneini ələ salan karikaturalardan ibarət xüsusi buraxılış dərc edib.
Missuri ştatı ABŞ tarixində ilk dəfə transgender qadının edamını həyata keçirib.
Bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, 2003-cü ildə adam öldürməkdə təqsirli bilinən 49 yaşlı Amber Maklafinə ölümcül iynə vurulub.
Telekanalın məlumatına görə, Maklafinin vəkilləri cəzanın yüngülləşdirilməsi üçün respublikaçı qubernator Mayk Parsona müraciət edib.
Müdafiəçilər bildirib ki, məhkum əqli gerilik, psixi sağlamlıq problemləri və uşaqlıq travması keçirib.
Qeyd edilib ki, Maklafin 2003-cü ildə qətl və zorlamaya görə ölüm cəzasına məhkum edilib.(konkret.az)